Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

Abdominoplastika ( Qarın Gərmə ) əməliyyatı nədir, kimlərə uyğundur?

Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

80441f5002.jpg

Abdominoplastika  və ya Qarin Gərmə əməliyyatı, qarın divarındakı artıq  yağ və dərinin çıxarılaraq  və qarın divarındakı  genişlənmiş əzələlərin  forma verilərək ( diastaz ləğv edilərək ), qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsidir. Bu əməliyyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə  və  həmçinin xəstənin belini incəltməkdədir. Bu əməliyyat ilə qarın divarının əzələlərinin orta xəttdə  bir-birindən ayrılmasıyla meydana gələn  düz əzələ diastazı adı verilən problemdə  bu əməliyyatla ləğv olunur.

Abdominoplastika  əməliyyatında mövcud olan piylənmənin, çapığın  və dərinin  genişlənməsinə uyğun olaraq  klasik abdominoplastika, mini  abdominoplastika və genişləndirilmiş  abdominoplastika icra olunur.

Klassik abdominoplastika qarın divarında çox artıq  miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.

Mini abdominoplastika isə  əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərində icra olunur.

Genişləndirilmiş  abdominoplastika dirgər abdominoplastikada  olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə  və əlavə olaraq bel nahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur.

Kimlər abdominoplastika əməliyyatı üçün uyğun sayıla bilər

abdominoplastika-hirurgija-dr-djokovic-centar-za-kile.jpg

Abdominoplastika əməliyyatı üçün ən uyğun pasiyentlər, qarın divarındakı artıq  toxumanı dieta və idman ilə ata bilməyən sağlam insanlardır.  Qadınlarda daha çox əməliyyatın icra olunmasına səbəb, qadınların bu əməliyyata daha çox marağının olması ( estetik  baxımından ), qarın divarındakı əzələlərin və   dərinin hamiləlik dövründə gərilərək elastikliyinin itirməsi  və  düz  əzələ diastazının  qadınlarda daha  çox rast gəlinməsidir. Piylənmə isə həm qadınlarda, həm də kişilərdə  rast gəlinən  səbəbdir. Əgər xəstə gələcəkdə hamilə qalmağı düşünürsə, bu əməliyyat ona əks göstərişdir. Çünki, əməliyyat ilə qarına verilmiş forma (fiqura)  hamiləlik dövründə itəcəkdir. Əməliyyatda öncə götürüləcək olan toxuma hissələri markerlə işarələnir və xəstənin istəyi nəzərə alınır. Hər bir  abdominoplastika fikirləşən pasiyent əsas bunu bilməlidir ki, abdomenoplastika  piylənməni müalicə etmək üçün deyil, qarını gərmək və ideal forma vermək üçündür. Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur. Əməliyyatdan sonra ilk bir ay xəstə daimi karset rejmində ,sonrakı dörd ay isə fasilə ilə karsetdən istifadə edir.

Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. +994702484818 Op.Dr.Əlif Hüseynzadə

 

 

 

 

 

 

 

 

 

#abdominoplastika #abdominoplastikabaku #qaringerme #qarinesttikasi #qarindafartux #qarinsallanmasi #hamilelikdensonraqarinsallanmasi #abdominoplastikaqiymet #estetikcerrah #plastikcerrah #liposaksiya #qarinliposaksiyasi #liposaksiyaqiymet #popoplastika #bedensekillendirme #bedensekillendirmebaku #qarinemeliyyati

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Nərimanov rayon, Əhməd Rəcəbli 3/30

+994 70 248 48 18

info@rino.az