Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

LİPOFİLLİNQ ( PİY VURMA)

                                      Yağ inyeksiyası ( lipofilling )

image-24-02-20-10-41.png

LİPOFİLLİNQ NƏDİR?

Lipofillinq bədənin digər yerlərindən liposaksiya ilə alınan yağların dolğu məqsədi ilə digər bölgələrə inyektə edilməsidir.

LİPOFİLLİNQ NECƏ EDİLİR?

Bədəndə yağın çox toplandığı bölgədən liposaksiya ( qapalı ) və ya açıq üsulla ( kəsik aparılmaqla ) alınan piyin yuyulma , süzmə , sentrufuqadan keçirilməklə hazırlandıqdan sonra ehtiyac olan digər bölgələrə xüsusi kanyulların hesabı ilə yeridilməsi başa düşünülür. Əgər bir neçə yerdən piy alınacaqsa əməliyyat ümumi anesteziya aparılması düzgündür. Lipofillinqin təhlüksiz və effektiv alınması üçün mütləq olaraq diqqət olunası bir çox məqamlar vardır ki , bunlar maksimumum diqqətdə saxlanılmalıdır. Yəni Lipofillinqi sadə bir prosedur ki qəbul etmək olmaz. Lipofilinqdən sonra alınacaq effektivlik həkimin bu sahədə praktik və nəzəri bacarığından çox asılıdır.

HANSI NAHİYYƏLƏRƏ LİPOFİLLİNQ ETMƏK OLAR?

Lipofillinq ediləcək bir çox nahiyyələr mövcuddur.

  1. ÜZ NAHİYYƏSİ : yanaqlarda və almacıq nahiyyəsində çökəkliyi aparmaq üçün bu böygəyə lipofilliq edilir. Bundan başqa dodaqlarda dolğunluğu artırmaq üçün də istifadə edilə bilər. Travma və cərrahi əməliyyatlardan sonra üz bölgəsində yaranan çökəkliyikləri aradan qaldırmaq üçün bu nahiyyəyə lipofillinq çox effektivdir. Miqrogeniya dediyimiz çənənin arxaya olması hallarında , alın nahiyyəsində olan dərin qırışların aradan qaldırılması, və s kimi üz nahiyyəsinin problemlərindı lipofillinq əvəzsizdir.
  2. SÜD VƏZİNİN BÖYÜDÜLMƏSİ: Süd vəzinin kiçik olması hallarında silikon implantların alternativi olaraq çox müzakirə edilir.  Ancaq bir çox mərkəz süd vəzi böyüdülməsi üçün qəbul edilmir və silikon protezlərin alternativi kimi görülmür. Bizim tərəfimizdən də məmə böyüdülməsi üçün lipofillinqin istifadəsi məslhət görülmür.
  3. LİPOSAKSİYA NAHİYYƏSİNƏ: Daha öncə liposaksiya edilmiş nahiyyədə çuxurlar yaranıbsa həmin nahiyyələrə lipofillinq edilə bilər.
  4. QALİFƏ NAHİYYƏSİN: Bəzi insanlarda qalifə nahiyyəsində çüxurlar olur ki lipofilliqlə bu problemi aradan qaldırmaq mümkündür.
  5. BALDIR NAHİYYƏSİNƏ: Baldır nahiyyəsində pasient tərəfində kompleks edilən dolğunluğu yaratmaq üçün bu nahiyyəyə də lipofilling etmək mümkündür.
  6. GENİTAL NAHİYYƏ: Qadınlarda klitorisin üst nahiyyəsinə , cinsiyyət dodaqlarına , orqazmı normallaşdırmaq üçün G nöqtəsinə, kişilərdə penisi böyütmək üçün lipofilliqdən istifadə edilir.

image-24-02-20-10-41.jpeg

Lipofillinqdən dərhal sonra əməliyyatla bağlı bu nahiyyədə şişkinlik və göyərmələrin rast gəlinməsi normaldır.  Bu vəziyyət yağ inyeksiyanın hesabınadır və keçicidir. Lipofillinq zamanı enyektə edilən yağın bir qismi bədən tərəfindən sorulur. Qalan yağ isə qalıcıdır bədənin öz toxuması kimi qəbul edilir. Yağın bölgədə qalma faizi bu bölgənin qanla qidalanmasından çox asılıdır. Bu rəqəm 30-70% arasında dəyişir. Hərəkəti aza olan , qanlanması çox olan nahiyyələrdə yağın qalma faizi çox olduğu halda dodaq , ağız ətrafı , baldır bölgəsində daha azdır. Buna görə də bu bölgələrdə effekt almaq üçün lazım olandan daha çox piy vurmaq və sonrakı etapda korreksiya lazım ola bilər.  Daha çox da simmetriyanı yaratmaq məqsədi ilə məsələn üzün hər iki tərəfinə vurulduğunda soruma riski fərqli ola bildiyindən bu nahiyyələrdə korreqsiyaya daha çox ehtiyac la bilər. Lipofillinqin nəticəsi 6 ay olduğundan təkrar korreksiya üçün 6 ay gözləmək lazımdır.

LİPOFİLLİNQİN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

Vurulacaq piyin orqanizmin öz toxuması olduğundan vuracaq pis orqanizm tərəfindən yad maddə kimi qəbul edilmədiyindın bu bir üstünlükdür.

Süni dolğularla və ya digər dolğularla müqayisədə davamlı qalıcılığı daha davamlı və orqanizm tərəfindən təbii qəbul edilir zərərsizdir.

LİPOFİLLİNQİN MƏNFİ TƏRƏFLƏRİ HANSILARDIR?

Vurulan piyin bir hissəsinin sorulması və korreqasiyaya ehtiyacın yaranması

Simmetrik nahiyyələrə vurularkən bir tərəfdə piyin daha çox sorulması və assimetriyanın yaranması və yenidın lipofillinqin aparılması

LİPOFİLLİNQİN AĞIRLAŞMALARI NƏLƏRDİR?

Çox nadir görünsə də infeksiyalaşmadır. Bu  da olmasın deyə sterillik maksimum gözlənilməli əməliyyat öncəsi sonrası antibiotiklərin istifadəsi bu riski çox aza endirir.

Yuxarıda qeyd edilən asimmetriyaların meydana gəlməsi

Qalıcı rəng dəyişikliyi. Bu problem adətən piyin dəriyə yaxın səthi vurulması nəticəsində əmələ gəlir bəzən qalıcı olur və aradan qaldırmaq çətin olur

Piyin müəyyən yerlərdə topalanması. Piy vurularkən müəyyən nahiyyələrdə topalana bilər buda əməliyyat sonrası masajla aradan qaldırmaq mümkün olur

Bəzən lipofillinq edilən nahiyyələrdə hissiyyatən itməsi baş verə bilər. Bu problem adətən bir müddət sonra keçir

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Nərimanov rayon, Əhməd Rəcəbli 3/30

+994 70 248 48 18

info@rino.az