Süd vəzi plastikası və ya Mamoplasika
QADINLARDA MAMOPLASTİKA ƏMƏLİYYATI ETDİRMƏSİNƏ SƏBƏB NƏDİR?
Qadınların süd vəzi ( mamoplastika ) əməliyyatlarına müraciət etməsində bir çox səbəblər vardır. Bu əməliyyatlarla süd vəzini kiçiltmək , Protezlə və ya protezsiz süd vəzilərinin böyüdülməsi, süd vəzinin dikləşdirilməsi, və s;
1-Hamiləlikdən sonar süd vəzilərinin sallanması,
2-Süd vəziləri arasındakı məsafənin dəyişməsi,
3-Xərçəng xəstəliyinə görə götürülən süd vəzinin yenidən bərpası.
MAMOPLASTİKA ƏMƏLİYYATLARI NECƏ APARILIR?
Əməliyyatlar klinika şəraitində ümumi anesteziya altında aparılır. Məmə böyütmə əməliyyatları üçün daxili maye olan silicon yəni protezlərdən istifadə edilir. Silikonlar əksər hallarda məmə başından və ya məmə altından 4 sm lik kiçik bir kəsikdən yerləşdirilir. Silikon süd vəzisinin altına və ya əzələ altına yerləşdirilə bilər. Silikonun dairəvi, damla formasında , hamar səthli və qeyri hamar səthli formaları vardır. Əməliyyat 1-2 saat çəkir. 1 gecə klinikada stasionar şəraitdə qalınır.
ƏN ÇOX İSTİFADƏ EDİLƏN SİLİKONLAR HANSILARDIR?
Silikon ilə məmə böyütmə əməliyyatının nəticəsi silikonun ( protezin ) tipindən asılıdır.Son zamanlar xanımların ən çox istədikləri damla formasında olan silkonlardır.
Bir həqiqət var ki məmə dairə formasında deyil. Damla formasında məmə başına doğru daha qabarıq , məmə başından sonra daha kəskin kontur alaraq məmə altında sonlanır. Bu səbəbdən anatomik silikonlar istehsal edilməyə başlamışdır. Çünki anatomik silikonlardan istifadə edilməklə məmə böyütmə sonrası daha təbii görkəm almaq mümkündür.
.
SİLİKON HANSI NAHİYYƏYƏ YERLƏŞDİRİLİR?
Əzələ altı silikonu daha güvənirli saxlayır ancaq ağrılı ola bilir. Qol hərkətləri məmənin hərəkətinə səbəb olur. Əzələ üstü isə daha təbiidir. Ancaq silikonu tam örtməyə bilər. Bir üsul da fassia altıdır. Bu zaman əməliyyat daha uzun çəkir daha diqqətli bir cərrahiyyə tələb edir ancaq yekunda həm əzələ altı həm əzələ üstü texnikalarının üstünlüklərini daşıyır
.
MƏMƏ BÖYÜTMƏDƏN BAŞQA MƏMƏYƏ DAHA BAŞQA HANSI ƏMƏLİYYATLAR İCRA OLUNUR?
Məmə kiçiltmə ( sine kiciltme ) və məmə dikləşdirmə əməliyyatı ən çox icra olunan əməliyyatlardandır..
KİMLƏR MƏMƏ KİÇİLTMƏ ƏMƏLİYYATI ÜÇÜN UYĞUNDUR?
Mammoplastika əməliyyatları estetik görkəmdən çox pasientlərin rahatlığı üçün istifadə edilir. Qadınların böyük əksəriyyəti böyük məmələrlə əlaqəli fiziki aktivliklərində ciddi problem yaşayırlar. Məmə kiçiltmə (sine kiciltme ) əməliyyatı adətən süd vəzi inkişafə tamamlanmamış şəxslərdə tətbiq edilmir. Ancaq çox böyük süd vəzisi olan qızlara məmə kiçiltmə ( sine kiciltme ) əməliyyatını icra etmək olar.
MƏMƏ KİÇİLTMƏ ƏMƏLİYYATININ PLANLANMASI NECƏ APARILIR?
Hər bir bədənə uyğun məmə ölçüsü təyin edilir ilk öncə. Pasientin döş ölçüləri alınır və şəkilləri çəkilir. Məmə başının ölçüsü alınır, aşağıdadırsa nə qədər yuxarı qaldırılacağı dəqiqləşdirilir. Əməliyyatla bağlı pasientə məlumat verilir və (sine kiciltme) əməliyyatdan sonra baş verə biləcək ağırlaşmalar izah edilir.
30 yaşdan yuxarı şəxslərdə məmə kiçiltmə (sine kiciltme ) əməliyyatından öncə mamoqrafiya istənilir. Bu mamoqrafinin cavabına görə əməliyyat zamanı çıxarılacaq toxumanın patoloji müayinəyə gedib getməyəcəyi dəqiqləşdirilir. Məmə kiçiltmə (sine kiciltme) əməliyyatından öncə pasientin ideal kiloya yaxın olması əməliyyatı rahatlaşdırır və əməliyyatdan sonrakı ağırlaşmaları kəskin azaldır. Əməliyyatdan sonra ağırlaşmaları azaltmaq üçün xəstənin hər hansı dərman preparatı , siqaret, alkoqol istifadə edib etməməsi soruşulur. Məmə kiçiltmə (sine kiciltme) əməliyatı ümumi anesteziya altında aparılır.
ƏMƏLİYYATDAN SONRA NƏLƏR OLUR?
Məmə kiçiltmə (sine kiciltme) əməliyyatından sona məmələrə sarğı və elastic bandaj qoyulur. Dərialtına maye yığılmasın deyə əməliyyat sahəsindəki drenajlar 1-2 gün sonra çıxarılır. Əməliyyatdan sonra 2-3 gün ağrı ola bilir ancaq ciddi ağrıkəsicilər hesabına bu ağrılar minimuma endirilir. Elastiki sarğılar 2-3 gün sonra çıxarılır sonra cərrahi busthalter geyinilir 2 həftə müddətində. Dəri quruluqları olmasın deyə antibiotik kremlərdən istifadə edilə bilər . Ancaq tikiş xətləri quru saxlanılmalıdır. Əməliyyatdan sonra ilk mensturasiya zamanı məmələrdə ağrı və şişkinlik ola bilər. İlk 6 həftə müddətində müvəqqəti hissiyyat zəifliyi mümkündür. Məmə kiçiltmə (sine kiciltme) əməliyyatının sabahı pasient gəzir ancaq 2 həftə müddətində ağır fiziki işlərdən uzaq olması məsləhər görülür. Əksər pasientlər məmə kiçiltmə (sine kiciltme) əməliyyatından sonra sosial həyatlarına 2 həftə sonra rahatlıqla dönə bilirlər. Ilk 1 ay idman zamanı sıx busthalter geyinmək məsləhətdir. 6 həftə müddətində məmələrlə zərif davranmaq lazımdır. Yara kənarlarını qabıqlaması , çəhrayı rəngli mayenin çıxması normaldır. Ani ağrı , şişkinlik , qaralma kimi şikayətlər olarsa vaxtında həkiminə müraciət etməlisiniz.
MƏMƏM DİKLƏŞDİRMƏ ƏMƏLİYYATI?
Hamiləlikdən, süd əmizdirmədən , yer çəkimiylə əlaqəli uzun zamanda süd vəzilərində bir sallaqlıq yarana bilir. Dəri elastikliyi azalır, məmə şəklini itirir, önə doğru qabarıqlığı azalır, gilə ətrafı tünd rəng genişlənir.
Məmə dikləşdirmə (sine diklesdirme) əməliyyatı məmə kiçiltmə əməliyyatından daha kiçik bir əməliyyatdır. Məmə dikləşdirmə (sine diklesdirme) zamanı gilə ətrafındakı tünd rəng olan sahə kiçildilir, gilə daha yuxarı qaldırılır və məmə toxuması normaldırsa öz toxuması hesabına həcm verilir.
Məmədə sallaqlıqla yanaşı həcm itirilmə də varsa eyni əməliyyat zamanı silikon protezlərdən istifadə edilmək həcm də vermək mümükündür.
Bu əməliyyatlar məmə sallaqlığı gələcəkdə qarantili olaraq saxlaya bilməz. Əgər xanım gələcəkdə ana olmağı düşünürsə əməliyyatı daha sonraya saxlamağı məsləhət görürük
#qarıngerme #qarıngerme emeliyyatı #abdominoplastika #qarın gərmə #abdominal plastika #qarın estetikası #qarın plastikası #dr.alif #увеличениегруди #увеличениеягодицы #liposuction #karingerme #пластическаяхирургия #lipomatic #пластическийхирург #liposuction #lipofilling #липосакция #mədəkiçiltmə #medekiciltme #medekichiltme #bodylift #mideküçültme #breastaugmentation #abdomenoplastika #baku #aztagram #azerbaycan #abdominoplastia #babyface #abdominoplastika #липоскульптурирование #bauchstraffung #facelift #brazillianbutt #karingerme #liposaksiya #vscobaku #abdominoplasty #tummytuck #liposaksiya