ENDOSKOPİK QAŞ QALDIRMA VƏ ALIN GƏRMƏ
Yer çəkiminin illər uzunu təsiri və mimik əzələlərin həddən çox yığılması hesabına alın və qaş nahiyyəsində bir çox dəyişikliklər baş verir. Alında qırışlar dərinləşir , qaşlar aşağıya düşər və göz qapaqlarında qatlar əmələ gələr. Göz kənarlarında qaz ayağı adlandırdığımız qırışlar meydana gəlir. Belə bir vəziyyət insanlarda yaşlılıq, yorğunluq, xoşbəxt olmayan bir ifadə yaradır. Belə bir vəziyyəti qaş qaldırma və alın gərmə əməliyyatı ilə yerinə qaytarmaq və qırışları aradan qaldırmaqla mümkündür. Bu əməliyyat qaş qaldırma və alın gərmə adlanır.
ENDOSKOPİK QAŞ QALDIRMA VƏ ALIN GƏRMƏ ƏMƏLİYYATLARI NECƏ İCRA OLUNUR ?
Endoskopik cərrahiyyənin son 10 ildə plastik cərrahiyyədə tətbiqi çox yayıldı. Endoskopik cərrahiyyənin üstünlüyü kiçik kəsiklərin olması, sağalma dövrünün qısa olması , qalıcı hissiyyat pozunuqluğunun olmamasıdır. Endoskopik cərrahiyyə ən çox alın gərmə , qaş qaldırma , orta üz gərmə əməliyyatlarında istifadə edilir. Endoskopik qaş qaldırma və alın gərmə əməliyyatları saçın tüklü hissəsində aparılan 0.5-1 smlik kiçik dəliklərdən icra edilir. Bütün əməliyyat bu kiçik dəliklərdən salınan alətlərlə icra edilir. Bu kiçik dəliklərin birindən kamera digərlərindın alətlər salınır və əməliyyat sahəsi monitorda izlənilir. Toxumalar bir neçə dəfə böyüdüldüyündən əməliyyat daha etibarlı bir formada icra oluna bilir. Beləliklə sərbəstləşdirilən alın dərisi və qaşlar daha yuxarıya bərkidilir. Endokopik qaş qaldırma və alın gərmə əməliyyatları bəzi klinikalarda yerli anesteziya altında icra olunsa da biz bunun tərəfdarı deyilik və biz bu əməliyyatları ümumi anesteziya altında icra edirik. Endoskopik qaş qaldırma və alın gərmə əməliyyatı ndan sonra pasientlər əməliyyatdan 1 gün sonra eve gedirlər. 1 həftə elastik bandaj istifadə edirlər. Əməliyyatdan 1 gün sonra əməliyyat sahəsində şişkinlik və göyərmələr ola bilər və bunlar da 1-2 həftə ərzində tam aradan qalxır. Endoskopik əməliyyatdan sonra ağrı yox səviyyədə və ya bəzən çox az olur. Endoskopik qaş qaldırma və alın gərmə əməliyyatları sifətin üst böygəsində icra olunan əməliyyatlardır. Eyni zamanda üst və alt blefaroplastika, üz gərmə , boğaz gərmə və ya endoskopik orta üz gərmə əməliyyatları ilə birgə kombinə olaraq icra oluna bilər. Bu əməliyyatları bəzən "Üz Cavanlalaşdırma əməliyyatı" da adlandırmaq olar.
ENDOSKOPİK QAŞ QALDIRMA VƏ ALIN GƏRMƏ ƏMƏLİYYATININ QİYMƏTİ
Endoskpik qaş qaldırma və Alın gərmə əməliyyatı ən müasir avadanlıqlarla təchiz olunmuş mərkəzimizdə icra olunmaqdadır. Qiymət müayinədə təyin oluna bildiyindən öncə həkim müayinəsində olmalı və bundan sonra əməliyyatın məsrəfi təyin edilə bilər