ENDOSKOPİK ORTA ÜZ GƏRMƏ
Yerin cazibə qüvvəsi hesabında uzun zaman içərisində orta üz nahiyyəsində sallanma baş verir. Almacıq sümüyü üzərində olan piy yastıqcıqlarının aşağıya doğru sallanması bu nahiyyədə dolğunluğun itməsinə səbəb olur. Aşağıya sallanan bu dərialtı toxumalar hesabına burunla yanaq arasında olan nasolabial adlandırıdğımız çuxurun daha da dərinləşməsinə və qatlanmasına səbəb olur."Endoskopik orta üz gərmə" əməliyyatının məqsədi almaqcıq sümüyü üzərindən sallanmış piy yastıqcıqlarını orjinal yerlərinə qaytarmaq və burun yanaq büküşündəki qatlanmanı aradan qaldırmaq və bu çuxuru maksimum aza endirmək."Endoskopik orta üz gərmə" əməliyyatı son illərdə orta üz gəncləşdirmə əməliyyatında icra olunmağa başladı. Dodaq və dişlər arasından kiçik bir kəsikdən və saç içərisindən 1 sm lik 2 ədəd kəsiklə girilərək almacıq sümüyü üzərində olan yumuşaq toxumalar sərbəstləşdirilir və sərbəstləşdirilən toxumalar bir və ya iki tikişlə gicgah nahiyyəsində temporal fassiyaya tikilərək asılır. Bununla da almacıq sümüyü üstü nahiyə dolğunlaşır və nasolabial xəttimizin dərinliyi azalmış olur."Endoksopik orta üz gərmə" əməliyyatı ümumi anesteziya ilə icra edilir. Ümumiyyətlə götürsək orta üz böləsində sallanma olan şəxslərin çoxunda üst üz bölgəsində də sallanmalar olduğundan eyni əməliyyat zamanı "qaş qaldırma" və "alın gərmə" əməliyyatı da icra edilə bilir həmin 1 sm lik kəsiklərdən."Endoskopik orta üz gərmə" əməliyyatından 1 gün sonra pasientlər evə gedə bilirlər. Üz və göz ətrafındakı şişkinliklər və göyərtilər ortalama 10-14 gün müddətində yox olurlar. Pasient öz günlük iş fəaliyyətinə 10 gün sonra dönə bilir.