Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

Qol Gərmə ( brachioplasty )

Qol gərmə əməliyyatı
60495-2.jpg
 
Gündəlik fəaliyyətlərdə qollar əvəzolunmaz bir hərəkət vasitəsidir. İllər keçdikcə qol toxuması yaşlanmaya və yerin cazibə qüvvəsinə müqavimət göstərməkdə çətinlik çəkir. Zamanla qol dərisi genişlənir və sallanması qaçılmaz hal alır. Xüsusilə orta yaşı keçmiş və içərisindəki yağ toxuması zamanla boşalmış qollara sahip olan insanlarda bu problemlər ön plana çıxır. Gərgin quruluşunu itirən sallanan bir qol insana psixoloji problemlərlə yanaşı geyim seçiminidə məhdudlaşdıra bilər. Qol gərmə əməliyyatı bu cür problemlərdən qurtulmaq istəyən xəstələrdə  həyata keçirilən bir prosedurdur.
 
Qol gərmə nədir və nə üçün icra edilir?
 
Qolun yuxarı hissəsinin və alt bölgəsindəki dərisinin deformasiyasını aradan qaldırmaq üçün yerinə yetirilən cərrahi / qeyri-cərrahi estetik üsullara qolun gərmə əməliyyatı deyilir. Dirsək üstü qol toxumasının ağır dərəcədə genişlədiyi və sallanması olan xəstələr qol gərmə əməliyyatına uyğundurlar.
 
Əməliyyat öncəsi
 
Uyğun bir fizik muayinə və xəstəlik tarixçəsi ilə əməliyyat prosesini təyin edəcək meyarlar qiymətləndirilir. Anestezioloq tərəfindən əməliyyat üçün problem təşlkil edə biləcək nüanslar yoxlanılır və lazımi qan testləri aparılır. Əməliyyata təsir edə biləcək xroniki xəstəlik olması halında, əlavə testlər və ya konsultatsiya tələb oluna bilər. Hər hansı bir qan sulandırıcı dərman istifdəsi varsa en az 1 həftə əvvəldən kəsilməlidir. Siqaret istifadəsi də bəzi xəstələrdə yara sağalmasını gecikdirə bilməktdir. Digər kroniki xəstəliklər üçün istifadə edilən dərmanları kəsməyə ehtiyac yoxdur
 
Qol Gərmə əməliyyatı prosesi
 
 brachioplasty-pre-5.jpg
Qol gərmə əməliyyatı ümumi anesteziya altında icra edilir. Qol gərmə əməliyyatının müddəti 1-1,5 saat çəkir. Qol gərmə əməliyyatı zamanı lazım gələrsə liposaksiya üsulundan da istifadə edilir. Qolun iç hissəsində dirsəkdən qoltuqaltına uzanan nahiyədən kəsik aparılaraq artıq yağ toxuması çıxardılır.
 
Əməliyyat sonrası
 
Qol gərmə əməliyyatından bir neçə saat sonra yemek yeyə və  xəstə ayağa qalxaraq gəzməyə başlaya bilər. Xəstə eyni günün axşamı evinə gedə bilər. Qol gərmə əməliyyatından sonra ağrılar kəskin olmur və ağrıkəsicilərlə qarşısı alına biləcək tiptədir. Xəstə 1-2 gün sonra duş qəbul edə bilər. Qol bölgəsində əməliyyatdan sonra bir miqdar iltihap və şişkinlik ola bilər ki, bu da 2-3 həftə içərisində keçir. Günlük  fəaliyyətə dönüş müddəti qısadır.
 
Qol Gərmə əməliyyatından sonra yaranabiləcək problemlər
brachioplasty-e1556725094308.jpg
 
Hər cərrahi əməliyyat olduğu kimi Qol gərmə əməliyyatının da  riskləri vardır. Bunlar nadir görülmək ilə birlikdə, xəstəni məlumatlandırmaq məqsədilə mütləq həkim tərəfindən xəstəyə deyilməlidir. 
 
 
 
#brachioplasty #qolgerme #qolgərmə