AÇIQ RİNOPLASTİKA
Rinoplastika əməliyyatı hamımızın yaxşı bildiyi kimi günümüzdə estetik əməliyyatlar içərisində ən çox icra olunan bir əməliyyatdır. İnsanların bir çoxu bu əməliyyatı burun estetik əməliyyatı adlandırsalar da rinoplastika daha başa düşülən beynəlxalq bir termindir. Rinoplastikanın 2 növü vardır. Açıq və Qapalı rinoplastika.
Açıq rinoplastika zamanı iki burun dəliyi arasında olan körpüdə tərs V formasında incə bir kəsik aparılmaqla burunun yumuşaq toxuması qaldırılaraq burunun əsasını təşkil edən sümük və qığırdaq toxuması üzərinə ulaşılır. Çünki burunun skletini təşkil edən bu sərt toxumalar üzərində biz hər hansı bir dəyişiklik etməklə burun formasını dəyişmiş oluruq. Açıq rinoplastika əməliyyatı uzun zamandır tətbiq edilir və açıq rinoplastika ilə uğur qazanan çox saylı həkimlərimiz vardır. Açıq rinoplastika zamanı həkimin görüntü sahəsi genişdir daha rahat hərəkət edə bilir. Açıq rinoplastika zamanı görüntü rahat olduğu üçün bu əməliyyatı öyrənmək və ya öyrətmək də rahat olduğundan əslində açıq rinoplastikanın daha çox tətbiq edilməsinin və həkimlərin daha yaxşı nəticə almasının səbəbini əsasən bunda görürəm. Hələ də açıq yoxsa qapalı rinoplastika yaxşıdır deyəndə həkimlər arasında ayrı seçkilik vardır. Həkimlərin böyük əksəriyyəti pasient nəticə istəyir hansı forma ilə verirsən ver pasientə nəticə vermək lazımdır fikrini əsas tutur. Bu sözdə də haqlıdırlar. Hansı həkimə hansı rinoplastika əməliyyatını icra etmək daha rahatdırsa sözsüz ki o formanı icra etməyi məntiqlidir.
Yuxarıda qeyd etdiyimiz kimi açıq rinoplastika əməliyyatı zamanı geniş əməliyyat sahəsi olduğundan piezo kimi alətlərdən istifadə etmək də rahatdır. Ancaq açıq rinoplastika zamanı burun strukturunda önəmli rol oynayan bağ elementlərini qoruya bilmədiyimizdən biz artıq açıq rinoplastika əməliyyatından uzaqlaşmağa qərar verdik.
Öncəliklə qeyd edim ki burun ucunda kəsik aparıldığıdan buradan keçən sinir damar dəstəsi kəsildiyi üçün burun ucunda qidalanmada hissəvi problem yaranır və əməliyyatdan sonra burun ucunda keylik yarana bilir. İkincisi soyuq havalarda hamımızın bildiyi kimi burnumuz göyərir. Açıq rinoplastika əməliyyatı olan pasientlər isə bu problemdən daha çox əziyyət çəkirlər.
Ədəbiyyatda çox az rast gəlinsə də rinoplastika zamanı burun ucunda çürümə ( nekroz ) baş verir. Bunun da səbəbi burun ucunda kəsik aparılarkən buranın qan dövranı hissəvi pozulur və əməliyyat zamanı istifadə etdiyimiz qanamanı azaldan lokal infiltrasiya qan dövranını biraz da pozduğundan bu nahiyyənin nekrozu baş verməsi ehtimalı yaranmış olur.
Hər kəsin burnu elastikdir. Yəni insan burnunu darta, sıxa , bərkdən hava çəkmək . üzünü bərk balışa sıxaraq uzana bilməsi və s kimi burnunu qorumadan yaşamalıdır. Bizim burnumuzun uc hissəsinin yumuşaq və elastikliyi Pitangi bağı dediyimiz elementdən asılıdır. Açıq rinoplastika zamanı bu bağ elementi kəsilir. Pitangi bağı kəsildiyi üçün rinoplastika əməliyyatından sonra burun ucunda elastiklik itir sərt bir burun formalaşır. Baxmayaraq ki görüntü olaraq gözəl bir burun olsa da pasient daimi olaraq burnunu qorumaq hissi ona bir əzaba çevilir. Bu da açıq rinoplastikanın mənfi tərəflərindən biridir.
Bundan başqa burun tənəfüsündə skrol bağ dediyimiz bağ elementləri də açıq rinoplastika zamanı çox nadir hallarda qorunur. Bizim rahat nəfəs almamız üçün bu elementlər çox vacibdir.
Açıq rinoplastika zamanı burun strukturu qorunmadığı üçün əməliyyat zamanı bu strukturların rekonstruksiyası üçün qığırdaq qreftlərindən çox istifadə olunur. Bu zaman biz qığırdağı septumdan ( burun çəpərindən ) götürməli oluruq. Bu halda əgər pasient gələcəkdə təkrari rinoplastika üçün namizəd olsa məcburən qığırdaq qrefti üçün qabırğaya və qulaqdan qığırdaq götürmək lazım gələcək.
Düzdür açıq rinoplastikanın daha rahat olduğunu həkimlər söyləsələr də bizim üçün şəxsi fikrimiz olaraq qapalı rinoplastika daha rahat daha komfortludur.
Açıq rinoplastika zamanı burun ucunda olan tikişlər 7-10 gün sonra sökülür. Burun ucunun qidalanması yaxşı olduğu üçün bu nahiyyələrdə çapıq izi pis qalmır. Bir müddət sonra diqqət çəkici olmur. Ancaq bilmək lazımdır ki əgər pasientin dərisində kelloidə meyillik varsa burun ucunda apalan kəsik yerində çapıq kobud qala bilər.
Daha öncəki illərdə burun əməliyyatından sonra burun daxilinə tampon qoyulurdu. Ancaq indiki dövürdə yumuşaq silikon splintlərdən istifadə edillir. Bu splintlərin içərisinin boru formasında olması pasientin silikon splintin qaldığı bu dövürdə tənəfüsünə çox da mane olmur . Burun üzərinə qoyulan gips modeli isə 9-10 cu gün xaric edilir.
Açıq rinoplastikadan sonra burun ətrafı göz kənarlarında şişkinlik və göyərmənin olması normal haldır. Bu insandan insana dəyişir.
Açıq rinoplastikadan sonra burunun formalaşması 1 ildə tamamlanır. ilk 6 ayda şişkinliyin böyük hissəsi çəkilmiş olur. Rinoplastikadan sonrakı aylarda zaman zaman şişkinliyin çəkildiyinin şahidi olursuz .
Açıq rinoplastikadan sonra ağrı demək olar çox olmur ağrıkəsicilərlə keçib gedən bir ağrı ola bilər.