QAPALI ATRAVMATİK RİNOPLASTİKA ƏMƏLİYYATI
Tibb hər gün inkişaf etməkdədir. Hər gün yeniliklər meydana gəlir və bu yeniliklərin müsbət olanı tibdə tətbiq edilməyə başlayır. Bu gün dünyada Rinoplastika əməliyyatına marağın çox olması bu sahədə də yeniliklərin tətbiqini qaçılmaz edir. Hər zaman qeyd etdiyimiz kimi burun estetik əməliyyatının gələcəyi qapalı atravmatik rinoplastikadır. Hər bir cərrahi əməliyyatın təməl bir prinsipi vardır. Maksimum az zədə vurmaq. "atrvma" sözü latın sözüdür mənası zədəsiz deməkdir. Aydın məsələdir ki pasient əməliyyatdan nəticə istəyir. Biz həkimlərin məqsədi isə pasientə istədiyi nəticəsi vermək və nəticə verərkən onun sağlamlığını maksimal qoruyaq icra etdiyimiz əməliyyat sahəsində maksimal zədəsiz əməliyyat icra edək və orqanın təbiliyini qorumuş olaraq. Bu prinsiplər burun plastikasında qapalı atravmatik rinoplastika ilə mümkündür.
NİYƏ QAPALI ATRAVMATİK RİNOPLASTİKA
- Qapalı atravmatik rinoplastika zamanı burun ucunda kəsik aparılmır. Bu pasientə öncə burun ucunda əməliyyatın aparılmasının nişanəsi olan çapıq izinin olmaması deməkdir, sonra isə bunu gələcək həyatında gizlətmək üçün hər hansı bir əziyyək çəkməyəcəkdir. Burun ucunda kəsik aparılmadığından bu nahiyyədən keçən sinir və damarları qorumuş oluruq ki , burun ucunun qidalanmasında və burun ucunda hissiyyat pozunuqluğunun olmasının qarşısını alır.
- Burun görüntüsünün formalaşmasında çox önəmli rolu olan Pitangi bağı qapalı atravmatik rinoplastika əməliyyatı zamanı qorumuş oluruq. Bu bağ elementinin ətrafında limfa və qan damarları da vardır. burun ucunun elastikliyi üçün və burun arxasının burun ucuna keçidin formalaşması üçün bu bağın qorunması çox vacibdir ki, bu qapalı atravmatik rinoplastika zamanı diqqət mərkəzində olur.
- Skrol bağ adlandırdığımız daxili burun keçdində önəmli rol oynayır ki bu bağı qapalı atravmatik rinoplastika zamanı maksimal qoruyur və ya bərpa edirik ki, pasientin rinoplastika əməliyyatından sonra tənəfüs problemi olmasın
- Subperixondiral və subperiostal disseksiya xüsusi zar altında əməliyyat aparılır ki , bu qatlarda burunun yumuşaq toxumasının sinir damarları qorunmuş olur. Qapalı Rinoplastika Əməliyyatı zamanı zamanı minimal və əməliyyatdan sonra şişkinlik və göyərmə kimi problemlərlə rastlaşmırıq. Burunun əzələsii qapalı atravmatik rinoplastika zamanı zədələnmədiyindən paralitik burun yaranmır. Dəri rinoplastika əməliyyatından sonra parlamır. Öz keyfiyyətini qorumuş olur.
- Burun arxası ( donqarlıq ) dediyimiz hissəsi biz let down və ya Pus down rinoplastika üsulu ilə formalaşdırırq. Bu zaman burun arxasının hamarlığını qoruduğumuzdan qapalı atravmatik rinoplastikadan sonra burun arxasında nahamarlıq və kələ kötürlülük olmur. Sümük qığırdaq sistemini blok halında endirdiyimiz üçün pasientin qapalı rinoplastikadan sonra tənəfüs problemi də pozulmur.
- Biz yuxarıda qeyd etdiyimiz burun strukturlarını qoruduğumuzdan bizə qapalı atravmatik rinoplastika zamanı qığırdaq qreftlərinə ehtiyac az olur və beləliklə burun çəpərindən ( septumdan ) qığırdaq az götürürük. Bu da gələcəkdə pasientin təkrari ( reviziyon ) rinoplastika üçün septumda qığırdaq rezervini saxlamış oluruq deməkdir.
- Açıq rinoplastika zamanı əksərən burun şəpərindı L septoplastika əməliyyatı edilir. Biz bunun tərəfdarı deyilik. Çünki bu burun çəpərinin zəifləməsinə və lazımsız qığırdaq itkisinə səbəb olur. Biz septoplastikanı Cottle və Saban üsuları ilə edirik.
- Burunun yumuşaq toxuma elementləri maksimal qorunduğu üçün qapalı atravmatik rinoplastika əməliyyatından sonra şişkinlik və ödem açıq rinoplastikaya nisbətən daha tez çəkilmiş olur. Burunun yekun forma alması açıq rinoplastika əməliyyatına nisbətən qapalı rinoplastika əməliyyatında 4-5 ay da tez baş verir.
- Bəzən pasientlər düzgün maariflənmədiklərindən *açıq rinoplastika yoxsa qapalı rinoplastika yaxşıdır ? və ya mənə qapalı rinoplastika olarmı deyə çox soruşurlar*. Qeyd etmək istəyirəm ki açıq rinoplastika əməliyyatında hansı nəticəni almaq mümkündürsə eyni nəticəni və daha artığını qapalı atravmatik rinoplastikada almaq mümükündür. Əgər eyni və daha artıq nəticə ala biləcəyin və eyni zamanda zədəsiz burunun təbiliyini qoruyacaq əməliyyat qapalı atravmatik rinoplastikadırsa deməli bu daha effektivdir.
- Başqa bir sual Qapalı rinoplastika zamanı tənəfüs problemi düzələcək ya yalnız estetik görünüş? istər açıq istərsə də qapalı rinoplastika zamanı burun daxilində nəfəs problemi yaradan çəpər ( septuma ) və burun ətinə ( balıqqulaqlarına ) müdaxilə edilir. Ona görə rinoplastika yox rinoseptoplastika adlandırsaq daha düzgün olar. Biz hər zaman burun plastikası əməliyyatı zamanı burun çəpərində və ya burun ətində müdaxilə etmiş oluruq
QAPALI ATRAVMATİK RİNOPLASTİKA NECƏ İCRA OLUNUR
Qapalı atravmatik rinoplastika da digər rinoplastika əməliyyatlarında olduğu kimi ümumi anesteziya ( narkoz ) altında icra olunur. sadəcə digər əməliyyatlardan fərqli olaraq rinoplastika zamanı anesteziya ( narkoz ) fərqli tətbiq edilir. Biz 1-3 saat çəkən rinoplastika əməliyyatı zamanı təzyiqin stabil və aşağı hədlərdə saxlamaqlarını istəyirik. Bu bizə qanama rikini azaldır daha təmiz bir əməliyyat sahəsində işləməyimizi təmin edir. Bundan başqa Rinoplastika əməliyyatından sonra da şişkinlik və göyərmə kimi problemlərin olmaması üçün narkoz zamanı təzyiqin aşağı və stabil olması çox vacibdir.
QAPALI ATRAVMATİK RİNOPLASTİKA ƏMƏLİYYATINDAN SONRA NƏLƏRƏ DİQQƏT ETMƏK LAZIMDIR
Qapalı rinoplastika bitimində burun daxilində silikon splint və burun üzərinə gips modeli yerləşdiririk. Əməliyyatın bitimindən onra sizi ayıltma otağına köçürürlər. Tam özünüzə gəldikdən sonra palataya verilirsiz. Əməliyyatdan qısa müddət sonra oyanmış olursuz. Ağrı demək olar olmur olsa belə burun nahiyyəsində çox az sızılı kimi bir ağrı ola bilər. Qapalı rinoplastikadan sonra olan ağrı klinikada verilən ağrıkısicilərlə tam yox edilir. Qapalı rinoplastika əməliyyatından 1 saat sonra maye qəbul edə bilirsiz 4 saat sonra qidalanırsız. Qapalı rinoplastika əməliyyatından sonra 1 gün klinikada qalırsız. Klinikadan gedərkən burnunuza necə qulluq edəcəyiniz və hansı dərman preparatları qəbul etməyiniz haqında ətraflı izah edirik. Rinoplastikadan sonra burun nahiyyəsində şişkinliyin minimal olması üçün 2 həftə ərzində başınız hündürdə yatmağınız məsləhətdir. Rinoplastikadan sonra burnunuzda ciddi bir şişkinlik və ya qanama kimi problemlər olarsa mütləq şəkildə həkiminizlə əlaqə saxlamalısız. Gündəlik burnunuzu təmiz saxlamaqüçün duzlu su ilə burnunuzu yumaq və yara sağaldıcı və nəmləndirici burun damcıları təyin edirik. Qapalı rinoplastikadan 9 gün sonra klinikaya gəlirsiz burnunuzda olan gips modeli və splint xaric edilir. Qapalı atravmatik rinoplastikadan sonrakı 2 ayda burnunuzda olan şişkinliyin 80 % i qalan şişkinlik isə 12 ayda çəkilir. Qapalı atravmatik rinoplastika zamanı burun ucunda kəsik aparılmadığından tikişlər sökülmür.
QAPALI RİNOPLASTİKANIN QİYMƏTİ
Bu sual bizə ən çox ünvanlanan suallardan birincisidir. Qeyd edək ki burun əməliyyatları burunun formasına problemlərinə görə təyin edilir. Müayinədə olmadan burunun vəziyyəti dəyərləndirilmədən qiymət haqqında danışmaq düzgün deyildir.
#rinoplastika #baki #baku #rinoplastikabaku #rinoseptoplastika #septoplastika #aciqrinoplastika #qapalirinoplastika #burunemeliyyati #burunceperemeliyyati #cepereyriliyi #burunaxintisi #burundusmesi #burunucu #burunucuemeliyyati #tekraririnoplastika #reviziyonrinoplastika #zakritayarinoplastika #piezorinoplastika #piezorinoplastikabaku