Haqqımda
Mən Hüseynzadə Əlif Hüseyn oğlu, 1986-cı ildə anadan olmuşam. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə daxil olmuş, 2009-cu ildə universiteti bitirmişəm. 2010-cu ildə cərrahiyyə ixtisası üzrə internaturanı tamamlamışam. 2011-ci ildən hərbi xidmətdən sonra aktiv cərrahi fəaliyyətə başlamışam. Belarusiya Tibb Universitetində Plastik Cərrahiyyə üzrə ordinatura təhsilimi bitirmişəm.
2020-ci ildə Plastik Estetik və Rekonstruktiv Cərrahiyyə üzrə Səhiyyə Nazirliyinin Sertifikasiya İdarəsində sertifikasiyadan keçmişəm. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Tibb Üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə layiq görülmüşəm.
İxtisaslaşma
Cərrahi fəaliyyətimin son 6 ilini yalnız rinoplastika əməliyyatlarına həsr etmişəm. İcra etdiyim rinoplastika əməliyyatlarının əksəriyyətini qapalı atravmatik rinoplastika təşkil edir. Qapalı atravmatik rinoplastika — yəni burun beli qoruyucu texnika və bu texnikanın burun ucunda kəsik aparılmadan icra olunması — günümüzdə rinoplastikaya ən müasir və daha az travmatik olan texnikadır.
Bu texnikanın daha çox yayılmasının səbəbkarı türkiyəli hocamız Barış Çakırdan öyrəndim. Daha sonra bu texnikaya xüsusi töhfəsi olan yenə türkiyəli hocamız Teoman Hocadan Teo rinoplastika texnikasının incəliklərini öyrəndim. Lakin zaman-zaman bütün rinoplastika texnikalarını aktiv icra edən biri olaraq öz modifikasiyamı — Alpha Rinoplastika texnikasını tətbiq etməyə başladım. Hal-hazırda da öz modifikasiya etdiyim texnika ilə uğurlu qapalı atravmatik rinoplastika texnikası vasitəsilə müsbət nəticələr əldə edirəm. Modifikasiya etdiyim texnikanı dəfələrlə yerli və beynəlxalq konfranslarda məruzəçi kimi təqdim etmişəm və maraqla qarşılanıb.
Məruzəçi Olduğum Konfranslar
· Structure Preservation Rhinoplasty Conference — 22–26 May 2024, Swissôtel The Bosphorus, İstanbul, Türkiyə ( www.sprhinoplasty.com ) — "My new Approach in Closed Atraumatic Rhinoplasty"
· Euroasian Assembly of Otorhinolaryngologist EAO 2024 — 31 May – 1 June, International Congress, 10th anniversary — "Hybrid Rhinoplasty Technique in Closed Rhinoplasty"
· Baku Rhinoplasty Days 2 / International Advanced Rhinoplasty Meeting — 04–06 Oktyabr 2024, ( www.bakurhinoplastydays.org ) Fairmont Flame Towers, Bakı, Azərbaycan — "6 Blocking Points in Closed Preservation Rhinoplasty"
· 2nd International Congress of Azerbaijan Society of Oral & Maxillofacial Surgeons — 12–14 Oktyabr 2023 — "How I Do Closed Atraumatic Rhinoplasty"
· Azərbaycan Rinoloqlarının I Beynəlxalq Konqresi — 2–3 İyun 2023, Bakı, Azərbaycan — "Hybrid Rhinoplasty Technique in Closed Rhinoplasty"
· The Platform for Plastic Reconstructive and Aesthetic Surgery of the Turkic World — 16–17 Aprel 2025, Buxara, Özbəkistan — "My new Approach in Closed Atraumatic Rhinoplasty"
Elmi Fəaliyyət
Bu dövr ərzində yuxarıda qeyd edilənlərdən başqa bir çox konfrans, simpozium və təlimlərin iştirakçısı və məruzəçisi olmuşam. 5 məqalə və 11 tezisə müəllifəm. 4500-dən çox rinoplastika və minlərlə rinoplastikadan fərqli digər əməliyyatların icraçısıyam.






