BADƏM GÖZ
Təsir edici baxış həm kişi həm qadın üçün vazkeçilməzdir. Parlaq göz altı, göz qapaqlarının sallaq olmaması, iri və "badəm gözlər" gözəlliyin əlamətidir. Hollivud ulduzlarının tez tez "badəm göz əməliyyatına" müraciət etməsinin səbəbi budur. Digər estetik əməliyyatlardan fərqi 25 yaş ətrafı insanların "badəm göz əməliyyatına" daha çox müraciət etməsidir.
BADƏM GÖZ ƏMƏLİYYATI NƏDİR?
Badəm göz əməliyyatı gözün az miqdarda yuxarıya çəkilərək iri görünməsini təmin etmək , baxışlarda daha dərin bir ifadə yaratmaqdır. Burda ən önəmli məqam çəkikliyin tam olmamasıdır. Əksərən makiyajla verilən çəkik görünüşün əməliyyatla davamlı saxlanılmasıdır.
BADƏM GÖZ ƏMƏLİYYATINI KİMLƏR ETDİRƏ BİLƏR?
Badəm göz əməliyyatını istəməsi tamamən şəxsin şəxsi istəyinə bağlıdır. Əsas olan üz və göz quruluşunuzun badəm göz əməliyyatı üçün uyğun olub olmamasıdır. Xüsusən göz kənarları aşağı olan şəxslərdə badəm göz əməliyyatının aparılması daha doğrudur.
BADƏM GÖZ ƏMƏLİYYATI NECƏ İCRA OLUNUR?
Badəm göz əməliyyatını 2 formada aparmaq olar.
- Yerli anestesiya altında gözün üst və bayır kənarında dəridə kiçik bir kəsik aparlır. Sapla göz kənarı ( kantus ) sümük üstlüyünə bərkidilir. 1 həftə sonra tikişlər alınır. Əməliyyat 30-60 dəqiqə çəkir. Pasientin klinikada qalmasına ehtiyac olmur . Sabahı gün pasient öz əvvəlki işinə dönə bilir.
- Digər bir üsul daha etibarlı və daha ciddi bir dəyişikliyiə sahibdir. Bu zaman biz endoskopik orta üz gərmə , endoskopik qaş qaldırma və temporoplastika əməliyyatı edirik.
.
BADƏM GÖZ ƏMƏLİYYATI NİYƏ ÖNƏMLİDİR?
Badəm göz əməliyyatı sallaq gözü makiyajla korreksiya etməkdən canınızı qurtarmaqdır. Düşük gözü olmayan insanların isə badəm göz istəməsi baxışlarına bir dərinliyi qatmaqdır. Qeyd edim ki, badəm göz əməliyyatı kənardan hiss olunacaq bir əməliyyat deyil. Ətrafınızdakılar sizdə fərqli bir gözəlliyi görərlər amma səbəbini anlamazlar. Sallaq gözlər sizə daimi bir yorğunluq ifadəsi verirkən badəm gözlə daimi bir xoş görünüşüz olacaqdır.
BADƏM GÖZ ƏMƏLİYYATININ QALICILIĞI?
Yuxarıda qeyd etdiyimiz sadə tipdə əməliyyat aparılarsa qalıcılıq 2-3 ildir. Sapla asıldığından istəmədiyiniz halda əvvəlki hala qaytarmaq mümkündür. İkinci qeyd etdiyimiz endoskopik üsulla isə qalıcılıq daha çox 10-15 il ətrafında .