Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

Estetik Cərrahiyyə

ESTETIK CƏRRAHİYYƏ

body-sculpting-contouring-surgery.jpg

  Xarici görünüşün dəyişdirilməsi məqsədi ilə həyata keçirilən cərrahiyyə növüdür. İstər insanda istərsə də heyvanlarda istərsə də füsunkar təbiətdə fərqli formalarda əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daima onu axtarır, gördüyümüzdə isə ondan həzz alırıq. Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəllikləri ilə  müqayisədə daha çox xarici gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son "sıçrayış" larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə estetik əməliyyatlara dair statistik rəqəmlər baş döndürücüdür. Məsələn, təkcə Parisdə estetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur  və hər il bu mərkəzlərdə 60 min estetik - plastik əməliyyatlar aparılır.

ABŞ-da isə estetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada estetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yerdə, Braziliya 14% nisbəti ilə ikinci yerdə, Meksika isə 8% nisbəti ilə üçüncü yerdədir. Estetik ( eyni zamanda cavanlaşdırıcı əməliyyat ) əməliyyat - dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növlərindəndir

Estetik cərrahiyənin növləri

  • Dünyada ən çox edilən əməliyyat "Ritidektomiya" adlanan sifət və boyun dərisinin dartılmasıdır. Bu əməliyyat növünün keçən əsrin əvvəllərində avropada  yaranmasına baxmayaraq, uzun müddət gizlin saxlanılıb. Liposaksiya ( bel , yan, qarın, əl, boyun və digər )  hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növüdür ki kiçik bir kəsikdən xüsusi aparatın köməyi ilə piylərin sorulub bədənə yeni bir şəklin verilməsidir. Bu metod ilk dəfə iyirmi il əvvəl Fransada yaranıb.
  • Estetik cərrahiyyənin " Blefaroplastika " növü isə gözətrafı dəridəki qırış və torbanı yox etmək üçün bir neçə estetik əməliyyatların birləşməsidir. Rinoplastika əməliyyatı isə burunun kiçildilib ya da böyüdülərək yenidən formalaşdırılması, kiçik donqarın götürülməsi, burun deşiklərinin daraldılması, və burun ucunun incəldilib formalaşdırılması, eyni zamanda var olan septum əyriliklərinin düzəldilməsidir. Bu ən qədim əməliyyat növü hesab olunur, məsələn burunun plastikasının Hindistan növü artıq 5 min ildir mövcuddur.
  • Estetik cərrahiyyənin digər növü isə" Abdominoplastika "-dır. Bu əməliyyat qarın və göbək zonalarında ortaya çıxan artıq piy və dərinin alınması və qarın divarının incəldilib sıxışdırılmasıdır.
  • “Auqmentasiya” isə döşlərin ölçü və formalarının müxtəlif növdə məmə protezləri ilə gözəlləşdirilməsidir. Plastik cərrahi, estetik və rekonstruktiv cərrahi ilə əlaqədardır. Estetik cərrahi normal bədən strukturunu yenidən formalaşdıraraq insanın görünüşünü və özünü qavrayışını inkişaf etdirir.
  • Rekonstruktiv cərrahiyyə isə doğuşdan ya da sonradan ortaya çıxan səbəblərlə meydana gəlmiş normal olmayan bədən strukturları üzərində tətbiq edilir və birinci məqsədi bədən strukturlarının funksiyalarını mümkün olduğu qədər geri qaytarmaqdır.

 

Body-Surgeries.jpg

 

İcra olunan Estetik Cərrahi əməliyyatlar

Tez-tez tətbiq edilən esteik – plastik və rekonstruktiv cərrahi əməliyyatlara daxildir:

  • Burundakı forma qüsurlarına görə - Rinoplastika 
  • Qarın və ayaqlarda, qollarda həddindən artıq piylənmə, piy yığımındakı nizamsızlıqlara görə - Liposaksiya
  • Məmə nisbətsizliklərinə  ( böyüklük , kiçiklik, sallaqlıq) görə - Mamoplastika
  • Üzdə yaşlanma; üz-boyun dərisinin və əzələlərinin sallanmasına görə - Üz gərmə
  • Qarın quruluşunda hamiləlikdən və ya çəki itirdikdən sonra yaranan xoşagəlməz görüntüyə görə - Abdominoplastika və ya qarın Gərmə
  • Yaşla əlaqədar göz ətrafında yaranan qırışlara görə -Blefaroplastika
  • Qol və ayaqlarda çəki itirmə , yaş və s səbəbdən dəri sallanmasına görə - Qol və Ayaq gərmə 

Britaniyanın Estetik Cərrahlar Assosiasiyasının prezidenti Nigel Mercer estetik əməliyyatlar sənayesini " nizamlanmayan qarışıqlıq" kimi təsvir edib və bildirib ki, bu sənayedə sərt qaydalara ehtiyac var. Estetik cərrahinin lazımı olub olmamağı o insanın öz qərarıdır. Estetik cərrahlar bu mərhələdə öz elmi yığım və təcrübələrini ortaya qoyaraq insanı məlumatlandırır, məntiqli və əldə edilə bilən bir alternati və istiqamətləndirirlər.

 

 

#qarıngerme #qarıngerme emeliyyatı #abdominoplastika #qarın gərmə #abdominal plastika #qarın estetikası #qarın plastikası #dr.alif #увеличениегруди #увеличениеягодицы #liposuction #karingerme #пластическаяхирургия #lipomatic #пластическийхирург #liposuction #lipofilling #липосакция #mədəkiçiltmə  #medekiciltme #medekichiltme #bodylift #mideküçültme #breastaugmentation #abdomenoplastika #baku #aztagram #azerbaycan #abdominoplastia #babyface #abdominoplastika #липоскульптурирование #bauchstraffung #facelift #brazillianbutt #karingerme #liposaksiya #vscobaku #abdominoplasty #tummytuck  #liposaksiya