RİNOPLASTİKA NƏDİR ?
Rinoplastika burunun estetik görüntüsünü bərpa etmək üçün icra olunan cərrahi əməliyyatdır. Rinoplastika əməliyyatı günümüzdə estetik əməliyyatlar içərisində ən çox icra olunan bir əməliyyatdır. Burun görüntüsündəki deformasiya ya anadangəlmə və ya sonradan qazanılma ( travma və s ) kimi səbəblərdən ola bilər . Ancaq Rinoplastika əməliyyatına müraciət bəzən pasientin öz burun quruluşunu bəyənməməsi baxmayaraq ki, ciddi bir qüsur yoxdur bəzən isə haqlı səbəbdən ola bilər. Ancaq bir məqamı da qeyd edək ki , bizə müraciət edən pasientlərin böyük əksəriyyətində burun daxilində bu və ya başqa formada tənəfüs problemi yaradan çəpər əyriliyi və ya burun balıqqulaqlarında (burun əti ) böyümə aşkar olunur. Balıq qulaqlarının böyüməsi pasientlərin dilində burun əti kimi də adlandırmaq olar. Belə olan halda biz çəpər əyriliyinə də müdaxilə etdiyimizdən əməliyyatın adı rinoseptoplastika adlanır.
RİNOPLASTİKA ( BURUN ƏMƏLİYYATI ) - NIN HANSI NÖVLƏRİ VARDIR ?
Rinoplastikanın (burun əməliyyatı) 2 növü vardır. Açıq rinoplastika və Qapalı rinoplastika əməliyyatı. Açıq rinoplastika zamanı hər iki burun dəliyi arasında olan körpüdə kəsik aparılaraq burunun yumuşaq toxuması sümük və qığırdaq üzərindən ayrılır. Beləlikdə burun skletini təşkil edən sümük qığırdaq toxumasına çataraq burada burun quruluşunda dəyişiklin etmək üçün işlər görülür. Açıq Rinoplastika əməliyyatı zamanı görüntü sahəsi həkim üçün daha geniş və rahat olur. Ancaq açıq rinoplastika əməliyyatı zamanı burunun yumuşaq toxumaları bağ elementləri travma aldığından açıq rinoplastika əməliyyatını demək olar icra etmirik.
QAPALI RİNOPLASTİKA NƏDİR ?
Qapalı rinoplastika əməliyyatı zamanı isə burun ucunda görünən heç bir kəsik aparılmır. Burun dəlikləri içərisində aparılan kəsiklərlə bizə lazım olan burunun sümük qığırdaq toxuması üzərinə çatırıq. Qapalı rinoplastika nın birinci üstünlüyü burun ucunda görünən kəsiyin olmamasıdır. Görünən kəsiyin olmaması burunda çapığın olmaması deməkdir bu da pasient üçün komfort yaradır. Burunun estetik əməliyyat keçirdiyini gizlətmiş olur. İkincisi burun dəlikləri arasında olan bu körpüdən hansı ki açıq rinoplastika zamanı kəsik aparılır , həmin nahiyyədən bir çox sinir və damarlar keçir . Deməli qapalı rinoplastika zamanı biz bu damarları sinirləri qorumuş oluruq. Bunun hesabına əməliyyatdan sonra burun ucunda keylik , hissiyyat pozğunuqluğu kimi problemlərdən azad olmuş oluruq. Bundan başqa sinirləri qoruduğumuzdan xüsusən də soyuq ölkələrdə yaşayan pasientlər az soyuqda belə burun ucunda göyərmə problemi yaşayır. Ancaq qapalı rinoplastika əməliyyatından sonra bu problemlərə rast gəlmirik. Qapalı rinoplastikanın özünün də özlüyündə bir çox növləri vardır. Məsələn Qapalı Karma Rinoplastika. Bu rinoplastika əməliyyatı zamanı burun ucunda kəsik aparılmır ancaq daxildə görüləcək işlər açıq rinoplastika olduğu kimidir deyə ( struktural rinoplastika ) buna qapalı karma rinoplastika deyilir. Qapalı rinoplastika zamanı yumuşaq toxumalar daha az zədələndiyindən burunun rinoplastika əməliyyatından sonra toparlanma vaxtı açıq rinoplastikaya nisbətən daha tez baş verir.
Ancaq qeyd etmək lazımdır ki qapalı rinoplastika zamanı həkim üçün görüntü açıq rinoplastika ya nisbətən daha kasaddır. Ancaq məqsəd pasient üçündürsə veriləcək nəticə açıq rinoplastikadan daha üstündürsə, zədəsi daha azdırsa , pasient daha tez sağalırsa məntiqi olaraq qapalı rinoplastika nı seçmək düzgün olardı.
Qapalı Rinoplastika ümumi anesteziya ( narkoz ) ilə aparılır. Rinoplastika əməliyyatlarında anesteziyanın ( narkoz ) özünəməxsusluğu vardır. Rinoplastika əməliyyatı təxminən 1-2 saat arasında bir vaxtda davam edir. Bu zaman anestezioloqlara daha çox iş düşür. Rinoplastika əməliyyatı zamanı qanamanı minimuma endirmək üçün əməliyyat müddətində təzyiqin stabil və aşağı hədlərdə saxlanılmasını istəyirik. Cərrah və anestezioloq düzgün işləyərlərsə əməliyyatdan sonra şişkinlik və göyərmələr minimal və ya heç olmazlar.
Qapalı rinoplastika əməliyyatı zamanı kəsik olmadığından burun ucuna tikiş qoyulmur. Burun daxilində olan silikon splint və burun üzərinə yerləşdirdiyimiz gips modeli 7-10 gün sonra xaric edilir. Qapalı rinoplastikadan sonra ağrı demək olar yox dərəcəsində bəzən isə hafif sızıltı ola bilər ki, bunlar da ağrıkəsicilərlə tamamilə yox olur.
Qapalı rinoplastikanın açıq rinoplastikaya nisbətdə daha bir üstünlüyü əməliyyat zamanı həkimin atdığı hər bir addımın nəticəsini görə bilməsidir. Bizim məqsədimiz hər insanın üz quruluşuna uyğun burun forması yaratmaqdır. Aşırı dik , krunos burun artıq indiki dövürdə az bəyənilir. Daha çox sadə təbii burunlar daha çox bəyənilməkdədir.
Qapalı rinoplastika ilə daha estetik doğal burun forması almaq mümkündür. Rinoplastika əməliyyatından öncə pasient həkim arasında normal bir ünsiyyət formalaşmalıdırş Pasient həkimi nə istəyib istəmədiklərini bildirməlidir. Həkim pasientə əməliyyatın imkanlarını başa salmalıdır. Bu 3 ortaq nəticə hesabında ortaq bir burun formasına qərar verilməlidir. Yəni burun formasını həkimlə pasientin ortaq qərarı hesabına verilməlidir.