Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

Rinoseptoplastika

 

RİNOSEPTOPLASTİKA

Rinoseptoplastika əməliyyatı çəpər əyriliyi əməliyyatı ilə burun plastika əməliyyatının birgə icra olunmasına deyilir.

Rinoplastika estetik bir əməliyyatdır ki, burun görüntüsündən məmnun olmayan pasientlərdə icra olunur , septoplastika ( burun çəpər ) əməliyyatı isə müalicəvi bir əməliyyatdır ki, insanda tənəfüs problemi yaradacaq burun çəpərində olan deformasiyanın aradan qaldırılması üçün icra olunur.

Rinoplastika əməliyyatı üçün müəyyən bir hazırlıq lazımdır. İcra olunacaq əməliyyatın texnikası, pasientin istəkləri , həkim pasient arasında düzgün qurulmuş bir ünsiyyət , əməliyyat üçün pasientin keçməli olduğu müayinələr və pasientin diqqətlə araşdırılmış xəstəlik tarixi.

Rinoplastika əməiyyatının aparılması üçün bir çox əməliyyat formaları və ya texnikaları vardır.

Rinoseptoplastika əməliyyatından sonra 1 gün pasientin klinikada qalması planlanır.

Əməliyyatdan sonra pasientin müəyyən qaydalara əməl etməsi lazımdır və rinoseptoplastikadan sonra sağalma və ya burunun formalaşması bir neçə ay çəkəcəyini pasient qəbul etməlidir.

BURUN ESTETİKASI NƏDİR ?

Rinoseptoplastika burun estetik əməliyyatı olan rinoplastika ilə burun çəpər əməliyyatı ( septoplastikanın ) birgə icra olunmasıdır. Burun görüntüsündə olan problemlər anadangəlmə və qazanılmış ola bilər.

SEPTOPLASTİKA NƏ ZAMAN İCRA OLUNMALIDIR ?

  • Tənəfüs problemi : Burun çəpərində olan əyrilik və s səbəblər hesabına  burun daxili nəfəs yolunu bu və başqa dərəcədə bağlamasıdır.
  • Yuxu pozğunluğu : Yuxarıda qeyd edilən nəfəs problemi ilə əlaqədar yuxu problemi də yaranmaqdadır.
  • Təkrarlanan burun qanaması
  • Quru Ağız problemi ( xerostomia )

RİNOSEPTOPLASTİKA ƏMƏLİYYATINA HAZIRLIQ

  • İcra olunacaq əməliyyatdan öncə pasient daha öncə əməliyyat keçiribsə və ya buruna məsələn dolğu ( gel ) etdiribsə bunların rinoseptoplastika əməliyyatına hansı problemlər yaradacağı haqqında , əməliyyat texnikası və s kimi məsələlər haqqında pasientə məlumat verilir.
  • Pasientin anamnezi araşdırılmalıdır ki, pasient daha öncələr hansısa ciddi xəstəlik keçiribmi, nələrə allergiyası var , indiyə qədər hər hansı dərman qəbulu zamanı allergik reaksiya olubmu və s
  • Rinoseptoplastika əməliyyatından öncə pasient müəyyən müayinələrdən məsələn : Qanın sidiyin ümumi müayinəsi , infeksiyalar , laxalanma faktorları , qanın biokimyəvi müayinəsi , EKQ , döş qəfəsinin rentgeni , paranasal KT , anestezioloqun müayinəsi və s. keçməlidir.
  • Pasientin bir neçə rakusdan burunun şəkilləri çəkilməlidir.
  • Qan sulandırıcı Aspirin , Varfarin kimi dərman preparatları qəbul edirsə əməliyyatdan ən az 10 gün əvvəl dayandırmalıdır.
  • Rinoseptoplastika əməliyyatından sonra sağalma dövründə siqaret çəkməyin problem yarada biləcəyini  bildirmək lazımdır.
  • Əməliyyatın ertəsi gün pasient evə gedərkən dost və ailədən bir nəfərin nəzarəti altında gedə biləcəyi bildirilməlidir.

SEPTOPLASTİKA NECƏ İCRA OLUNUR

Bildiyimiz kimi septum ( burun çəpəri ) burun boşluğunu iki hissəyə bölür. Septumun ön hissəsi qığırdaq arxa hissəsi sümükdən ibarətdir. Bu elementləri açığa çıxartmaq üçün burun daxilində septumun ( burun çəpərinin ) ön hissəsində bir kəsik aparılır. Əgər septumda (burun çəpərində ) əyrilik azdırsa kiçik bir müdaxilə ilə əyrilik aradan qalxar. Yox əgər burun çəpərində deformasiya həddən çoxdursa bəzən həmin qığırdaq hissəni çıxarıb bayırda düzəldib yenidən öz yerinə qaytarmaq lazımdır. Septoplastika ( burun çəpəri əməliyyatı ) bitdikdən sonra burun daxilinə silikon splint yerləşdirilib 5-7 gün sonra xaric edilir. Daha öncələr qeyd etdiyimiz  splint əvəzinə buruna tampon yerləşdirilirdi bu da pasienti çox narahat edirdi. Çünki tampon çıxana qədər pasient məcbur olaraq ağızdan nəfəs almalı olurdu.

RİNOPLASTİKA ƏMƏLİYYATI NECƏ İCRA OLUNUR

Rinoplastika bildiyimiz kimi burunun görüntüsünü dəyişmək üçün icra olunan estetik cərrahi əməliyyatdır. Rinoplastika əməliyyatının 2 forması vardır. Açıq Rinoplastika və Qapalı Rinoplastika.

Açıq rinoplastika zamanı burun ucunda kəsik aparılaraq burunun yumuşaq toxuması yuxarı qaldırılıb əməliyyatı icra olunur.

Qapalı rinoplastika zamanı isə kəsik burun ucundan yox burun dəliklərinin içərisindən aparıldığından görünən kəsik olmur. Qapalı rinoplastika açıq rinoplastikaya nisbətən daha az travmatik olduğundan sağalma dövrü də ciddi mənada qısa olmaqdadır.

RİNOSEPTOPLASTİKA ƏMƏLİYYATI ZAMANI NARKOZ

Rinoseptoplastika əməliyyatı ümumi anesteziya altında aparılır. Əməliyyatın müddəti  həkimdən həkimə  dəyişir amma  ortalama 1-3 saat davam edən bir cərrahi əməliyyatdır. Rinoseptoplastika zamanı pasientə yanaşma ( narkoz baxımından ) fərqlidir. Çünki anestezioloqlardan istəyimiz əməliyyat müddətincə qan təzyiqinin aşağı həddə və stabil saxlamaqlarını istəyirik. Bu bizə  əməliyyat zamanı qanamanı azaldır daha rahat , qan itkisi olmadan əməliyyatımızı icra etməyə imkan yaradır digər tərəfdən əməliyyatdan sonra burun ətrafında şişkinlik və göyərmə kimi problemlərin minamal olmasına səbəb olur.

RİNOSEPTOPLASTİKA ƏMƏLİYYATINDAN SONRA NƏLƏR DİQQƏT ETMƏK LAZIMDIR

  • 3-5 gün antibiotik qəbul etmək
  • Qanama riskini azaltmaq üçün aktiv hərəkətlərdən uzaq durmaq 3 həftə
  • Burnunuzda olan gips modelini tərpətməyin
  • Burnunuzla asqırmayın
  • Yatarkən 2 balışla yatın ki, başınız hündür olsun şişkinlik çox olmasın
  • Ön düyməli geyimlər geyinin ki soyunub geyinərkən burnunuza toxunmasın
  • 1 ay müddətində cinsi əlaqədən uzaq durun
  • İlk 3 həftədə yuyunarkən çox isti duş qəbul etməyin
  • 1 ay eynək taxmayın

Cərrahi əməliyyat nə qədər az invaziv olsa da ümumilikdə yaranın sağalması 2 həftə çəkər. Rinoseptoplastikadan 9 gün sonra işinizə dönə bilərsiniz.

RİNOSEPTOPLASTİKA ƏMƏLİYYATININ RİSKƏRİ VƏ AĞIRLAŞMALARI

  • Qanama
  • İltihab ( infeksiyalaşma )
  • Anesteziya dərmanlarından hansısa birinə ciddi reaksiya
  • Əməliyyatdan sonra deformasiyanın qalması
  • Burun formasında istənilməyən dəyişiklik
  • Septumda ( burun çəpərində ) perforasiya ( dəlik )
  • İy bilmənin azalması
  • Septumda ( burun çəpərində ) hematoma ( qan yığılması )
  • Burunun keyliyi

Yuxarıda qeyd etdiklərimizdən bəziləri məsələn septumda perforasiya və septumdakı əyriliyin qalıcılığı təkrari rinoplastika üçün səbəb ola bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

#rinoplastika #rinoplastikaemeliyyati #baki #rinoplastikabaku #qapalirinoplastika #aciqrinoplastika #qapalirinoplastikaemeliyyati #aciqrinoplastikaemeliyyati #burunceperi #burunceperiemeliyyati #burundaeyriliyik #aciqyoxsaqapalirinoplastika #cepereyriliyi #rinoplastikanarkoz #rinoplastikaninqiymeti #rinoplastikaqiymetbaki #estetik #plastik #plastikcerrah