Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

QAPALI RİNOPLASTİKANIN 12 ÜSTÜNLÜYÜ

QAPALI RİNOPLASTİKA ZAMANI HANSI ÜSTÜNLÜKLƏR ƏLDƏ ETMİŞ OLURUQ?

AÇIQ RİNOPLASTİKADAN FƏRQLİ OLARAQ AŞAĞIDAKI AVANTAJLAR ƏLDƏ EDİRİK

rhinoplasty-mydoctiny.jpg

 

  1. Rinoplastika əməliyyatı olunan pasientdə təbii burun kimi  mümkün olduğu qədər işıq və kölgəlik əldə etmək lazımdır ( poliqon konsepti )
  2. Normal bir burun kimi yumuşaq olmalı, öpüşərkən partnyorun canını sıxmamalıdır.
  3. Keylik və ya hissiyyatsız olmamalıdır.
  4. Əməliyyatdan sonra burnunu sıxa bilməli, barmağı ilə burnunu təmizləyə bilməli və bu zaman ağrı hiss etməməlidir.
  5. Ətrafındakı insanların pasientin  burun əməliyyatı keçirdiyini hiss etdirəcək bir  iz olmamağı.
  6. Təcrübəli əllərdə ilk dəfə rinoplastika olunacaq bir pasientdə açıq rinoplastikada əldə edə biləcəyi maksimum nəticəni qapalı rinoplastikada əldə etmək mümkündür
  7. Gözəl bir qapalı rinoplastika gözəl bir açıq rinoplastikadan fərqli olaraq ən azı daha az burun ucu şişkinliyi ilə üstündür.
  8. Qapalı rinoplastikada daha az qığırdaq qreflərinə ehtiyac olur. Septumda daha çox qığırdaq saxlanılır. Bu da gələcəkdə pasient təkrari rinoplastika əməliyyatı olunarsa burdakı qığırdaqlardan istifadə etmək olar. Araşdırmalara görə hər 10 rinoplastika əməliyyatından 1 i təkrari rinoplastika riskindədir. Təcrübəli əllərdə bu risk 5 % in altındadır. Açıq rinoplastikada septumda ( burun çəpərində ) qığırdaq az qaldığından təkrari rinoplastika olduğundan bu zaman  ya qulaq ya qabırğa qığırdağından istifadə edilməli oluruq.
  9. Təkrari ( revizion ) rinoplastika olacaq pasientdə burun ucunda bir problem yoxdursa , problem burun arxasındadırsa qapalı rinoplastika ilə burun ucuna toxunmadan burun arxasında dəyişiklik etmək mümkündür. Açıq rinoplastikada isə gözəl olan burun ucunu yenə risk altına atmış oluruq.
  10. Əgər  ilk dəfə rinoplastika olacaq şəxsə açıq forma əməliyyat tərcih etmək hər düşmən əsgəri üçün top mərmisi istifadə etməkdir. Nəticə sözsüz alacaqsınız amma çox səs küy yaradacaqsınız. Nəticədə daha çox şişkinlik, daha çox göyərti daha sərt burun və sağalma dövrü daha uzun olacaqdır.
  11. Burun kiçiltmədə burundan qığırdaq və sümük çıxardırıq. Açıq rinoplastikada burun daxilində artıq dərini kəsmirik adapte olmasını gözləyirik. Bəzən bu artıq dərilər büzüşərək nəfəs alma problemi yaradır. Qapalı rinoplastikada isə bağ elementləri qorunduğu üçün dərinin yeni sklet üzərində adapte olması daha rahat baş verir.
  12. Burunda çox önəmli rol oynayan pitangi bağı vardır ki, bu bağ burun əzələləri ilə dodaq əzələsini birləşdirir. Bu bağ burun ucunun daha dik olmasını və yumuşaq olmasını təmin edir. Açıq rinoplastikada bu bağ qoruna bilmir və bu bağı qığırdaq qrefləri əvəz edir. Burun ucu yenə dik olur amma sərt olur.

 

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Nərimanov rayon, Əhməd Rəcəbli 3/30

+994 70 248 48 18

info@rino.az