Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

Rinoplastika əməliyyatından sonra qoxu ( iy ) bilmə

RINOPLASTİKADAN SONRA QOXU BILMƏ.

Burun plastikasından ( Rinoplastikadan ) sonra yaranan fizioloji proseslərdən biri də qoxu bilmədə olan dəyişiklikdir. Rinoplastika əməliyyatından sonra burun tıxanıqlığın yaranması qoxu bilmədə müəyyən qədər dəyişikliklərin yaranmasına gətirib çıxara bilər. Ancaq rinoplastika dan sonra qoxu bilmə problemi rast gəlinən bir haldır və pasientlərin bu hala səbirli olması məsləhət görülür. Rinoplastika əməliyyatından sonra iy bilmə problemi bir müddət davam edə bilər. Rinoplastika əməliyyatı zamanı bir əksər halda tənəfüs problemi yaradan çəpər əyriliyi , burun əti ( balıqqulaqları ) kimi səbəblərə toxunduğumuzdan burun daxilində normal hal olaraq şişkinlik (ödem) yaranır. Bu da hava ağınına mane ola bildiyindən bizim qoxu reseptorlarımıza hava axını çatmadığı üçün havada olan qoxunu hiss etməyə bilərik. Yox əgər qoxu bilmə rinoplastikadan öncə  də vardır və səbəbi tam fərqlidir bu əməliyyat sonrasında düzəlməyəcəkdir. Qoxu bilmənin tək səbəbi burun daxilində hava axınına mane olan problemlər deyildir. Keçirilmiş ciddi infeksion xəstəliklər, qəbul edilmiş qoxu reseptorları məhv edən preparatla , mərkəzi beyin mənşəli və s səbəbləri araşdırmaq lazımdır

Rinoplastika əməliyyatından sonra tənəfüs problem yaşanırmı?

Burun nahiyyəsində aparılan rinoplastika əməliyyatından sonra bu bölgənin şişkinliyi hesabına hava yolunun keçiriciliyində müvəqqəti problem olması normaldır. Xüsusən ilk bir həftə ərzində bu şişkinlik azaldıqca tənəfüs və iy bilmə problemi də aradan qalxmış olacaq. Hətta tam sağalmanı düşündüyünüz zamanda belə qoxu ( iy ) bilmə getdikdə daha da düzələcəkdir.

Rinoplastika əməliyyatı zamanı iy bilməni ömürlük itirə bilərəm

Xeyr.Bizim qoxu bilmə reseptorlarımız rinoplastika əməliyyatı zamanı bizim çalışdığımız alanın yanında deyil. Prinsipce istərsək belə qoxu bilmə sahəsini zədələyə bilmərik. Rinoplastika qoxu bilmə nahiyyəsinə ciddi bir travma vurmur. Aparılan kəsiklər xaric edilən toxumalar qoxu bilməni qəti şəkildə pozmaz. Burun nahiyyəsində icra edilən manevralar yalnız problemli sahələrdə aparılır və lazım olan toxuma kəsilərək xaric edilə bilər. Sözsüz ki rinoplastika əməliyyatından az müddət sonra nəfəs almada və ya qoxu bilmədə yaranan problemlərə görə pasientlər əməliyyatın uğursuz olduğunu düşünə bilər amma bu belə deyil qısa müddətli keçici bir problemdir. İy bilmə zamanla keçmirsə pasient həkiminə müraciət etməlidir. Yekun olaraq qeyd etmək lazımdır ki, rinoplastika əməliyyatından sonra qoxu ( iy ) bilmədə başlıca səbəb şişkinlik və tıxanıqlıqdır.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Nərimanov rayon, Əhməd Rəcəbli 3/30

+994 70 248 48 18

info@rino.az