Azərbaycanda burunun estetik əməliyyatı ( rinoplastika ) hansı qiymətlərə icra edilir
Rinoplastika əməliyyatı zamanı ən çox nələrə diqqət etməliyik?
Azərbaycanda fəaliyyət göstərən plastik cərrahların fikrincə, rinoplastika ( burun estetik Əməliyyatları ) Azərbaycanda ən çox müraciət edilən estetik əməliyyat növüdür. Müraciət edənlər isə əksərən burun formasını dəyişmək istəyənlərdir. Rinoplastikaya ( burun estetikasına ) qadınlar arasında xüsusilə son illərdə daha çox maraq var. Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda bu əməliyyatlar o qədər də uğurlu alınmır. Və nəticədə ətrafımızda bir-birinə oxşayan burunların sayının çoxalmasınə müşahidə edirik.
“Rinoplastika” ( burun estetik əməliyyatı ) – burun estetikası dünyada ən məşhur estetik cərrahiyyədir və bu üsulla əsasən burunun anadangəlmə və ya qazanılmış qüsurlarının düzəldilməsi, rekonstruktiv olaraq hətta olmayan burnun tam bərpa edilməsi həyata keçirilir. Uzunmüddətli fəaliyyət nəticəsində əldə olunan praktika onu göstərir ki, hər bir əməliyyat pasiyentin individual olaraq üz quruluşuna uyğun formada aparılmalıdır. Lakin daha əvvəlki illərdə cərrahiyyə metodikası elə idi ki, bütün burunlar 80% bir-birinə oxşayırdı. Yeni, qapalı septo-rinoplastika ( kəsiksiz ) kimi bir sıra əməliyyat metodları isə artıq bənzərlik problemini aradan qaldırır”.
Burun əməliyyatı üçün ( rinoplastika ) mütəxəssis axtararkən, yeniliklərdən istifadə etməyi bacaran plastic cərrahı tapan pasientin yeni burnu özünəməxsus olacaq
Amma bunu da qeyd etməliyik ki, rinoplastikanın yeni texnikaları yaransa da günümüzdə şablon burunların dəbə çevrildiyini vurğulayıb:
Pasientdə çəpər əyriliyi və ya nəfəsalmaya çətinlik yaradan başqa səbəblər varsa, hər iki cinsin nümayəndələri müxtəlif yaşlarda müraciət edərək eyni zamanda rinoplastika əməliyyatı da etdirirlər. Lakin nəzərə almaq lazımdır ki, burun təbii, üzə uyğun olmalıdır. Bəzi pasientlər isə artıq dəbə düşmüş şablon burunlara və eləcə də şablon üzlərə üstünlük verirlər”.
Rinoplastika əməliyyatda fəsadlar hansı hallarda yaranır
Hər kəs bilməlidirki , səhv etməyən mütəxəssis yoxdur, lakin bu tez-tez baş verməməlidir:
Hər nə qədər yaxşı cərrah olsan da, səhvsiz iş təcrübəsi mümkün deyil. Rinoplastika ( burun plastikası ) əməliyyatında 100 xəstədən birində mütləq hansısa fəsad üzündən problem yarana bilər və onu da yenidən korreksiya etmək mümkündür. Bu, pasiyentin göstərişlərə düzgün riayət etməməsi, həmçinin toxuması ilə bağlı və yaxud əməliyyat anında həkimin etdiyi ən xırda diqqətsizlik nəticəsində keçən infeksiyadan və s. kimi hallardan baş verə bilər. Ancaq əməliyyatı mütəxəssis edirsə, düzəlməyəcək fəsadlar olmamalıdır. Rinoplastikanı ümumi cərrah, lor və yaxud çənə cərrahı kimi qeyri-peşəkarlar həyata keçirsə fəsad qaçılmazdır.
Yaxşı cərrahlar çox klinikalarında fəaliyyət göstərir. Ancaq mütəxəssis axtararkən, ilk olaraq onun fəaliyyətini araşdırmaq, sonra əməliyyata qərar vermək lazımdır. Səhv seçimlər zamanı rinoplastika əməliyyatdan sonra nəfəsalmada problem yarana, burunda əyrilik qala, çöküntü ola bilər”.
Rinoplastika əməliyyatın psixoloji tərəfləri
Psixoloji problemlər əməliyyatla aradan qalxırsa nə gözəl. Dünyada 6800-dən çox plastik və rekonstruktiv cərrahiyyə əməliyyatı var. Bu əməliyyatların kosmetik cərrahiyyə hissəsi siyahının 25%-ni təşkil edir, qalanı rekontruksiyadır ( yəni bərpa ). Belə ki, müxtəlif qəzalar zamanı sinirlər zədələnir, vətər kəsilir, toxumalar qopur və s. Anadangəlmə deformasiyalar – dovşandodaq, qurdağızlıq kimi hallar isə öz yerində. Bu əməliyyatlar rekonstruktiv plastik cərrahlar tərəfindən həyata keçirilir, sonra insanlarda illərlə formalaşmış funksional qüsurlarla yanaşı, psixoloji problemlər də aradan qalxır. Görünüşə ciddi xələl gətirən burun forması insan psixologiyayasında daha ciddi fəsadlara yol açır. Adətən kompleksli insanlar görünüşlərində müəyyən dəyişikliklər etməyi istəyirlər. Çünki həyatlarında baş verən bütün neqativləri görünüşlərilə əlaqələndirirlər. Əgər doğrudan da görünüşə ciddi xələl yetirərək özgüvəni azaldan və psixoloji problemlərə səbəb varsa, əməliyyat vacibdir. Yeni görünüşlə yeni həyat qazanmış insanlar kompleksdən, depressiyadan azad olurlar”.
Rinoplastika neçəyə başa gəlir?
Rinoplastika əməliyyatları hər kəs üçün standart aparılmır. Çünki hər kəsin problem də oxşar olmur. Əslində bu tip estetik əməliyyatların qiymətini xarici dövlətlərlə müqayisə etsək azərbaycanda qiymətlər dəfələtdə ucuzdur. Bundan başqa pasientin problemləri , əlavə patologiyanən olub olmaması , əməliyyat taxtikasının gedişi önəmli rol oynayır. Daha düzgün olardı ki, pasient öncə müayinədən keçsin qiymət bundan sonar təyin edilsin.