Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

Üz Gərmə

 

ÜZ GƏRMƏ ƏMƏLİYYATI KİMLƏRƏ EDİLİR ?

original_facelift.png

Estetik cərrahiyyədən kənar prosedurlar son zamanlarda çox genişləndi. Məsələn botoks, dolğu, radiofrekans, lazer hansı ki çox mərkəzlərdə bu prosedurlar çox istifadə edilir. Bu prosedurların köməyi ilə 50 yaşlara qədər idarə etmək mümkündür. Bəzi üz tiplərində müəyyən aralıqlarda bu prosedurların istifadəsi daha uzaq yaşlara qədər cavanlaşma effektini saxlaya bilir. Lakin 50 yaşdan yuxarı əksər insanların üz nahiyyəsində baş verən dəyişikliklər, sallanmaları yuxarıda sadalanığımız prosedurlarla aradan qardırmaq olmur. Belə halda ən düzgün seçim üz gərmə əməliyyatı ola bilər. 50 yaşdan sonra ən çox narahat edici səbəb çənə və boyun nahiyyəsindəki hamarlığın , düzgünlüyün itməsi, qulaq önü nahiyyədə qırışların artmasıdır.

ÜZ GƏRMƏ ƏMƏLİYYATINI NECƏ EDİRİK?

Üz bir bütündür. Üzün bütün bölgələri bütünlükdə dəyərləndirilməlidir. Üzün bütün bölgələri bir birinə uyğun olduğu halda gözə xoş görünür. Üz gərmə əməliyyatını qısa şəkildə izah etsək - üzümüzün piy, əzələ, sinir toxumalarından ibarət olan Smass dediyimiz toxumanı çəkib asaraq üzdəki sallaqlıq aradan qaldırılır və bu zaman artıq qalan dəri isə kəsilərək xaric edilir və ya atılır. Eyni zamanda üst və alt göz qapaqlarında da yaşlılıq effekti verən sallaqlıqlar aradan qaldırılır. Hansı ki biz bunlara blefaroplastika əməliyyatı da deyirik. 60 yaşdan sonra daha bir problem boyun nahiyyəsində baş verən sallaqlıqdır ki, bu problem də üz gərmə əməliyyatı zamanı aradan qaldırmaq mümkündür. Sanki korset geyinildiyi kimi boyun içəridən yığılır və burda da həmçinin artıq dəri xaric edilir. Bu isə boyungərmə əməliyyatı adlanır.  Əgər boyun nahiyyəsində piylənmə çox olarsa eyni prossedur zamanı boyun nahiyyəsinin piyləri xaric edilir.

ÜZ GƏRMƏ ƏMƏLİYYATINDAN ƏVVƏL NƏLƏRƏ DİQQƏT ELƏMƏK LAZIMDIR?

Üz gərmə əməliyyatından öncə qanaxmanı artıra biləcək aspirin , E vitamin , bitki çaylarının qəbulu dayandırılmalıdır. Siqaret xüsusən üz gərmə əməliyyatından sonra yaranın sağalmasına çox mənfi təsir göstərir. Siqaret üz gərmə əməliyyatından 3 həftə əvvəl dayandırılmalıdır. Üz gərmədən sonrakı 1 ayda rənglənə bilməyəcəyi üçün əməliyyatdan 1 həftə əvvəl rənglənə bilər. Saçların uzun olması üz gərmə əməliyyatından sonra sarğıların gizlədilməsi üçün yararlıdır.

ÜZ GƏRMƏ ƏMƏLİYYATININ GEDİŞİ.

face-lift-surgery.jpg

Üz gərmə əməliyyatə zamanı qulağın önündən başlayaraq qulaq önüylə aşağı düşüb qulaq arxasına dönüb saçlı hissəyə qədər davam edən bir kəsiklə üz dərisi qaldırılır. Üzdə sallanqığa səbəb olan Smass dediyimiz toxma xüsusi tikişlərlə asılır. Dəridə artıqlıq olan hissə ölçülərək kəsilib atılıq. Beləliklə yanaq, gicgah, çənə nahiyyələrindəki sallanmalar aradan qalxmış olur . Ağız kənarındakı gülmə xətləri azalır və ya itir. Üz gərmə əməliyyatı ümümu anesteziya ilə ( narkozla ) aparılır. Üz gərmə əməliyyatı zamanı blefaroplastika və boğaz gərmə əməliyyatları da aparıla bildiyindən əməliyyatın müddəti 4-7 saat arası uzana bilir. Biz üz gərmə əməliyyatlarını yerli keyləşdirmə ilə aparılmasının tərafdarı deyilik . Bu həm əməliyyatın keyfiyyəti aşağı salır həmçinin cərrah və  pasient üçün komfortlu olmur .

ÜZ GƏRMƏ ƏMƏLİYYATINDAN SONRA İZ ( ÇAPIQ ) ÇOXMU QALIR?

Ümümumilikdə istifadə etdiyimiz sapların keyfiyyət , növündə və özəl sarğılar hesabına iz və ya çapıq toxumanın görünməsi ən minimum endirilir. Izin ən üst və ən alt hissəsi saçlı hissəyə düşdüyündən bu nahiyyələr görünməz olur. Qulaq nahiyyəsindəki iz isə qulaq və üz birləmə nöqtəsində aparıldığından heç bir  diqqət çəkmir və bilinmir. Əgər aşağında qeyd edəcəyimiz ağırlaşmalar ( qanaxma , infeksiyalaşma , çox tütün qəbul edən şəxslərdə yaranın aralanması ) baş verərsə bu yaranın sağalmasını gecikdirəcək və izin daha çox qalmasına səbəb olacaqdır .

ÜZ GƏRMƏLİYYATINDAN SONRA NƏLƏRƏ DİQQƏT ELƏMƏK LAZIMDIR?

depositphotos_284022900-stock-video-the-concept-of-plastic-surgery.jpg

Üz gərmə əməliyyatdan sonrakı 1 gündə əməliyyat sahəsində yarana biləcək mayenin xaric olması üçün qoyduğumuz drenlər xaric edilir. Üz gərmə əməliyyatı sonrasında yara sahəsinə buzun qoyulması sağalma dövrünü və ödemin yani şişkinliyin yaranmasının qısaldır. Evə yazılarkən günəş eynəyi geyinə bilirsiz . 1 həftə sonra göz və üz nahiyyələrinə qoyulmuş tikişlər xaric edilir. Əməliyyatdan 1 həftə sonra duş qəbul edə bilirsiniz. Üz nahiyyəsində bir neçə həftə ərzində keçib gedən hissizliyin olması normaldır. Makiyaz və ya saçlarınızı darayarkən diqqətli olmalısınız. Ən azından 2 həftə cinsi əlaqə və ya fiziki işlərdən kənar olmalı bir neçə ay isə spirli içki, buxar vannası, sauna kimi aktivliklərdən uzaq durmalısınız. Günəşdən qoruyucu kremləri 6 ay boyunca düzənli olaraq istifadə etməlisiniz. Şişkinlik və göyərtilər 3 həftə arzində aradan qalxır. Üz gərmə əməliyyatından 2 həftə sonra profilaktik təkrar müayinəyə gəlməlisiniz.

ÜZ GƏRMƏ ƏMƏLİYYATININ EFFEKTİVLİYİNİ NƏ İLƏ DAHA DA ARTIRMAQ OLAR?

  • Göz ətrafına və alın nahiyyəsinə botoks baxışları daha da canlandıra bilər.
  • Əməliyyatdan 3 həftə sonra 4-6 seanslıq piling və üz mezoterapiyası üz dəricini canlanacaq
  • Ehtiyac olarsa ağız ətrafına və dodaqlara dolğu bu nahiyyələrlə xətlərə faydalı ola bilər

MİNİ ÜZ GƏRMƏ NƏDİR ?

İcra edilən kəsik yalnız qulağın önündə olursa və gərmə proseduru az sahəni əhatə edirsə bunu mini üz gərmə adlanır. Bu əməliyatın məqsədi daha az kəsik aparmaq daha kiçik əməliyyatla sağalmanı sürətləndirməkdir. Mini üz gərmə əməliyyatı 40-50 yaş aralarında olan şəxslərdə çənə nahiyyəsindəki dəri artıqlığını aradan qaldırmaqdır. Ancaq son zamalarda icra edilən endoskopik orta üz gərmə əməliyyatı ilə gözəl effect alıa bildiyindən mini üz gərmə əməliyyatı çox istifadə edilmir.

ÜZ GƏRMƏ ƏMƏLİYYATININ RİSKLƏRİ NƏLƏRDİR ?

  • Qanama: üz gərmə əməliyyatı zamanı əməliyyat sahəsinə vurduğumuz maye ilə qansız bir əməliyyat edirik və əməliyyat sonrasında qanama ən aza endirilir. Bundan başqa bu nahiyyədə yerləşdirdiyimiz drenajlar hesabına qanama riskində uzaq olmuş oluruq. Ancaq təzyiq xəstəliyi olan pasientlərimizdə qanama riski göz önünə alınmadır. Dəri altına yığılacaq qan rahatlıqla xaric edilə bilir. Bu səbəblərə görə əməliyyat sonrasında təzyiq norma daxilində saxlanılmalı qanamayı aryıraq dərman preparatlarından ( aspirin ) uzaq durmaq lazımdır.
  • Infeksiyalaşma : Üz bölgəsi qanla yaxşı qıdalanan bir bölgədir. Bu səbəbdən infeksiyalaşma riski çox aşağıdır. Üz gərmə əməliyyat öncəsi və sonrası istifadə etdiyiiz antibiotiklər infeksiyalaşma riskini çox azaldır. Çox nadir rast gəlinsə belə əgər infeksiyalaşma problem yaranarsa əlavə olaraq antibiotik və sarğıya ehtiyac yaranır.
  • Çirkin  izin qalması : genetik meyillik, infeksiyalaşma və siqaret çəkmə yara sağalmasında problem yaradıb izin pis qalmasına səbəb ola bilər. Belə halda təkrar müdaxiləyə ehtiyac qala bilər.
  • Sinir zədələnməsi: Üz gərmə əməliyyatı zamanı hissi və hərəki sinir zədələnməsi mümükündür. Üz gərmə əməliyyatları sonrasında hisssiyat və hərəkər zəifliyi ola bilər. Bunlar keçici və davamlı ola bilər. Sadalanan sinir zədəlnmə problemləri diqqətli cərrahi zamanı çox nadir ola bir problemlərdir adətən keçici olurlar. Ancaq ağrılı sinir zədələnməsi olmur.
  • Saç tökülmə : Üz gərmə əməliyyatı zamanı dartılan dəri üzərində tük tökülmə baş verə bilər. Bu kişilərdə rast gəlinən problemdir. Tükün tökülüb tökülməyəcəni əməliyyatdan öncə təyin etmək çətindir.
  • 6 uzun müddətli təsirlər: yaşlılıq, kilo alıb vey a vermək , günəşdə qalmaq və s kimi səbəblərdən üzdə dəyişiklik baş verə bilər. Ancaq qəbul etmək lazıçdır ki üz gərmə əməliyyatı yaşlanmağı dayandırmaz və bir ömür effektivliyi qalmaz. Yaş artıqca gələcəkdə üz gərmə əməliyyatının nəticəsini qorumaq üçün əlavə müdaxilə və prosedurlara müraciət etmək lazımdır.

TƏKRAR ÜZ GƏRMƏ ƏMƏLİYYATI OLMALIYAMMI?

Üz gərmə əməliyyatı yaşlanmayı durdurmaz. Əməliyyat zamanlı alınan effektivlik, gərginlik ömürlük deyildir. 7-12 il effektivliyə malikdir. Bu müddət sonrasında təkrar ola bilər üz gərmə əməliyyatı istəyəsiniz. Amma əvvəlki vəziyyətə dönmürsünüz.

ÜZ GƏRMƏ ƏMƏLİYYATININ QİYMƏTİ

Üz gərmə əməliyyatının qiyməti yalnız kansultasiyada təyin edilir. Bunun üçün bizim əlaqə saxlayıb müayinəyə gəlməlisiniz.

.

.

.

.

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Nərimanov rayon, Əhməd Rəcəbli 3/30

+994 70 248 48 18

info@rino.az