Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

AÇIQ YOXSA QAPALI RİNOPLASTİKA

BURUN ESTETİK ƏMƏLİYYATI “RİNOPLASTİKA”

AÇIQ YOXSA QAPALI RİNOPLASTİKA

mehmet_ersin_gonullu_ile_burun_estetigi_ameliyati_h103968.jpg

Çoxlarınız Rinoplasikanın necə edilməsini maraqlanmışsınız. Biraz araşdırdıqdan sonra burunu açaraq və ya burun içərisindən kəsik aparılaraq əməliyyatın aparılmasını eşitmisiniz. Burun estetik əməliyyatında “Rinoplastikada” əsas olaraq açıq və qapalı Rinoplastika növləri vardır. Bu üsulların fərqi burunun sümük , qığırdaq toxumasına hansı formada yaxınlaşmadır. Bu üsulların çatışan və çatışmayan cəhətlərinə aydınlıq gətirməyə çalışacayıq.

HƏR CƏRRAHIN BURUN ƏMƏLİYYATLARINA ( RİNOPLASTİKAYA ) BAĞLI BİR DÜŞÜNCƏSİ , FƏLSƏFƏSİ , YAXINLAŞMAQ TEXNİKASI, ALMAQ İSTƏDİYİ BİR NƏTİCƏ VARDIR.

Bir həkimin aldığı nəticə onu qane edirsə bu nəticə digər bir həkim üçün kifayət etmir. Ancaq heç bir həkim pis nəticə almaq istəməz.

QAPALI RİNOPLASTİKA ZAMANI BURUN İÇƏRİSİNDƏN APARILAN KƏSİKLƏ BURUNUN SÜMÜK VƏ QIĞIRDAQ TOXUMASINA YAXINLAŞILIR.

1960 cı ildən icra olunan qapalı rinoplastika əməliyyatı günümüzdə də çox plastik cərrahlar tərəfindən icra edilməkdədir. Qapalı rinoplastikanın ən böyük üstünlüyü burun ətrafında şişkinliyin və ödemin açıq rinoplastikaya nisbətən az olması və burunun açıq rinoplastikaya nisbətən daha tez formalaşmasıdır. Əməliyyat zamanının da qapalı rinoplastikada daha qısa olması və burunun daha tez formalaşma səbəbindən qapalı rinoplastikanı çox plastik cərrahlar daha çox üstün tutur. Qapalı rinoplastikanın çatışmazlığı burunun tamlığının pozulmaması ilə əlaqədar görüş sahəsinin dar olması, hərəkət məhdudluğu, qanama kontrolununn çətin olması yəni bir sözlə cərrah üçün əməliyyat vaxtı çətinlik yaradır. Bu üsulda görüş sahəsi dar olduğundan öyrətmə çətinliyi vardır deyə qapalı rinoplastikanı mükəməl şəkildə öyrənib icra edən cərrahlar açıq rinoplastika ilə müqayisə etsək çox azdır. Şəxsi olaraq bizim və qapalı rinoplastika edən əksər plastik cərrahların fikrinə görə qapalı rinoplastika zamanə estetik və funskional məqsədlə istənilən manevranı etmək mümkündür. Çox az patalogiyaları çıxmaq şərti ilə.

          Açıq rinoplastika da isə burun ucunda kiçik bir kəsik aparılmaqla burun dərisi burunun sümük və qığırdan toxumasından ayrılaraq qaldırıır və burun skleti tamamilə göz önündə qalır. Elə buna görə cərrah üçün çox rahatdır, görmə sahəsi genişdir, istənilən manevranı rahatlıqla etmək mümükündür. Problemi daha rahat vizual müşahidə eləmək mümkündür. Bu açıq rinoplastikanın ən böyük üstünlüyüdür. Amma bir düşünək ki bu qədər görmə sahəsi yaratmaq üçün burunun demək olar bütün yumuşaq bağ toxuması sıradan çıxmış olur. Halbuki bu bağ elementlərinin bir funsiyası vardır. Biz onları əməliyyat sonunda saplarla tikişlə bərpa etsək də onlar heç vaxt öz tamlığını saxlamayacaqdır.

AÇIQ RİNOPLASTİKANIN DAHA BİR ÇATIŞMAZLIĞI İSƏ QAPALI RİOPLASTİKAYA NİSBƏTƏN ŞİŞKİNLİK VƏ ÖDEMİN BİR NEÇƏ HƏFTƏ DAHA UZUN OLMASIDIR.

Açıq rinoplastikadan sonra kəsik izi 6 ay ərzində yox olur əgər bədənin kelloidə meyilli yoxdursa. Yəni kəsik yeri bizi o qədər də narahat etməyən bir nüansdır desək haqlı olmarıq. Yekun olaraq hər cərrahın düşüncəsinə , hədəfinə , almaq istədiyi nəticəyə , fəlsəfəsinə görə özünü hansı üsulda ( açıq və ya qapalı rinoplastika ) tapırsa o üsulla etməyi məntiqlidir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Nərimanov rayon, Əhməd Rəcəbli 3/30

+994 70 248 48 18

info@rino.az