Tel: (+994) 70 248 48 18

Email: info@rino.az

Təkrari ( reviziyon ) Rinoplastika

REVİZİYON RİNOPLASTİKA ( TƏKRARİ )  NƏDİR ?

Ədəbiyyatda bütün burun əməliyyatlarından sonra təxminən 15 % halda təkrari rinoplastikaya ehtiyac olacağı qeyd olunur. Rinoplastika əməliyyatı edən bütün cərrahların reviziyon əməliyyatı vardır. Sadəcə əməliyyat etməyən cərrahın təkrari əməliyyatı olmaz. Ancaq qeyd etmək lazımdır ki , hər cərrahın reviziyon rinoplastika əməliyyatının rast gəlmə sayı və ya göstəricisi fərqlidir.

REVİZİYON RİNOPLASTİKA ZAMANI PROBLEMLƏRƏ GÖRƏ YÜNGÜL VƏ AĞIR QRUPLARA BÖLMƏK OLAR  

Az problemli burunlarda ilkin rinoplastikadan ( ilk burun əməliyyatından ) sonra baş verəcək az deformasiya hansı ki, kiçik müdaxilə ilə aradan qaldırılır və ya bəzən yerli keyitmə ( anesteziya ) altında 5-10 dəqiqəlik bir prosedurdur.

Bəzən isə burunda baş verəcək deformasiya həddən çox olur bu zaman əməliyyat 5-6 saat da davam edə bilir. Reviziyon rinoplastikada ən çox rast gəlinən problemlər aşağıdakılardır.

  • Burun ucunda düşmə
  • Burun belində  donqarlıq 
  • Burun qığırdaqlarının aşırı çox çıxarılması hesabına burunda çökmə ( mandal burun )
  • Burunda əyrilik ( əməliyyatdan öcə burunda əyriyin olması, kifayət qədər düzəlməməsi və ya rinoplastikadan öncə burunda əyriliyin olmaması sonradan yaranması )
  • Burun ucunun və qanadların assimmentik olması
  • Aşırı dik burun və ya aşırı yonulmuş burun arxası
  • Burun tutulması , tənəfüs problemi

Biz demək olar ki, bütün rinoplastika əməliyyatlarımızı qapalı formada icra edirik. Ancaq ilkin rinoplastika zamanı burun qığırdaq rezervinin saxlanılmaması təkrari rinoplastika zamanı məcburən qəğırdaq qrefti üçün qulaq və ya daha çox qabırğadan qığırdaq götürülür. Əksərən qabırğa qrefi götürərkən qabırğanın bir hissəsini çıxarılır. Ancaq müasir üsulla ( oblik split metod ) biz qabırğa üzərindən bizə lazım olan qədər qığırdaq toxuması götürüb qabırğanın tamlığını saxlayırıq.

REVİZİYON ( TƏKRARİ ) RİNOPLASTİKA NƏ ZAMAN İCRA OLUNMADILIR

İlkin rinoplastikadan sonra kiçik müdaxilələr üçün 6 aydan sonra təkrari müdaxilə etmək etmək olar. Amma hər zaman qeyd etdiyimiz kimi burundakı şışkinlik 1 ilə tamamlanır. Təkrari rinoplastika zamanı toxumaları rahat görmək , təkrari rinoplastika əməliyyatının nəticəsini yaxşılaşdırmaq üçün ilkin rinoplastikadan sonra 1 il gözləmək lazımdır . Hər zaman unutmamaq  lazımdır ki ,  hər təkrari rinoplastika əməliyyatının effektivliyi birinciyə nisbətdə daha aşağı olur.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Nərimanov rayon, Əhməd Rəcəbli 3/30

+994 70 248 48 18

info@rino.az