NİYƏ QAPALI RİNOPLASTİKA ?
Müasir dünyada ən üstün metod sayılan qapalı rinoplastika nın bir çox üstün cəhətləri vardır. Qapalı rinoplastika nın bir çox avantajrarı ( üstünlükəri ) vardır.
- Burunun bayır səthində kəsik olmadığından görünən bir iz olmur.
- Qapalı rinoplastika zamanı hər hansı bir əzələ və ya bir toxuma zərər görmür.
- Burunda yumuşaq toxumalar zədələnmədiyindən daha təbii bir görüntü əldə edilir.
- Qapalı rinoplastika dan sonra sağalma daha süətli baş verir.
- Qapalı rinoplastika dan sonra şişkinlik və göyərmə minimaldır
Qapalı rinoplastika ilə hansı problemləri həll etmək mümkündür?
Qeyd etdiyimiz kimi qapalı rinoplastika burunun bayır səthində kəsik aparılmadan icra olunmaqdadır. Qapalı rinoplastika zamanı edilən bütün manevralar burunun iç səthindən edilməkdədir. Aparılan kəsik burun dəlikləri içərisindən aparılır. Buna görə də günümüzdə qapalı rinoplastika ya maraq artmışdır.
QAPALI RİNOPLASTİKA ( BURUN PLASTİKASI ) NƏDİR ?
Qapalı az travmatik rinoplastika və ya burun plastikası nədir sualı günümüzdə ən çox verilən sualdır. Atravmatik sözü latın sözüdür. Travma vermədən az zərər vurma , incə , zərif cərrahiyyədir. Atravmatik yanaşma bütün cərrahi əməliyyatlara aid edilə biləcək bir yanaşmadır. Burun plastikasında ( rinoplastikada) atravmatik fəlsəfəni qapaı rinoplastika zamanı görə bilirik. Bu fəlsəfənin daha rahat başa düşülməsi üçün bir neçə nümunə verək.
Burun arxasında kəmər olduğu üçün burun dəliklərindən girib burun arxasına çatmaq lazımdır. Bura dəri altından və ya fasia altından çata bilərik amma bu zaman çox qanama dəri qan dövranını pozmuş oluruq. Bunun da hesabına daha çox şişkinlik daha çox göyərmə ilə qarşılaşırıq. Bu səbəbdən biz burun arxasında subperixondrial sahədən getsən heç bir damar toxuma zədələmədən qansız formada məqsədimizə çata bilərik. Qapalı atravmatik rinoplastika fəlsəfəsinə ait başqa bir misal çəksək : Məsələn düşük burun ucunun qaldırılmasını düşünək. Bu proses zamanı burun ucunun hissiyyat və hərəkətliyini qorumaq üçün onun bağ elementlərini qorumaq lazımdır. Başqa bir misal : Pasient burun ucunun genişliyindən şikayət edir. Bu zaman burdakı qığırdaqları daraltmaq əvəzinə qığırdaqları öz üzərinə qatlaya bilərik. Bu zaman qığırdaq dar görsənəcək və daha güvənirli bir forma alacaq. Qoruyucu Qapalı Rinoplastika nın fəlsəfəsində bu cür misalları çox sayda çəkmək olar.
QAPALI RİNOPLASTİKA ƏMƏLİYYATINDAN SONRA AY AY DƏYİŞİKLİK NECƏ OLUR ?
Rinoplastika ( burun plastikası ) əməliyyatından sonra yekun dəyişiklik 1 ildə tamamlanır. əməliyyat olunduqdan 7-9 gün sonra burun daxilindəki silikon splintlər və tamponlar çöxarılır. Gipsin çıxarılmasından 2 həftə sonra böyük faiz şişkinliklər çəkilmiş olur. Burunda olan şişkinliyin 80% - i ilk 2 ayda çəkilir. Qalan şişkinlik isə 1 ildə çəkilir. Ancaq bilməliyik ki , sağalma dövrünü siqaret, qəlyan, və s kimi zərərli vərdişlər sağalma müddətini çox gecikdirir