RİNOPLASTİKA ƏMƏLİYYATINDAN SONRA DƏRİYƏ QULLUQ
“Rinoplastika” dan ( burun plastikasından ) sonra pasientlərin normal həyata dönməsi fərqlidir. Üz bölgəsində aparıldığından "rinoplastika" əməliyyatı fiziki olaraq bu nahiyyədə müəyyən dəyişikliklərə səbəb olur. “Rinoplastika” dan sonra üz dərisinə qulluq ən çox soruşulan suallardandır.
Dəriyə qulluq üçün "rinoplastika" əməliyyatının təsirlərinin keçməsini gözləmək lazımdır. Bu təsirlərin keçməsi ən az 1 ayını alacaqdır. Yağlı və qalın dərili insanlarda xüsusən dəriyə qulluq bu nahiyyədə qızartıların daha sürətlə keçməsinə və müsbət mənada effekt verməsinə səbəb olacaq. Ümumiləşdirib demək lazımdır ki, “rinoplastika" əməliyyatından sonra 1 ay gözləyib sonra üz qulluğunuzu rahatlıqla edə bilərsiz amma bir şərtlə ki bir müddət burun dərisini çox bərk təzyiq etməməyə diqqət etmək lazımdır. Rinoplastika əməliyyatı zamanı dəri yumuşaq toxumalardan ayrılır deyə bu zaman qidalanmasında dəyişiklik yaranır. Bərpa müddətində dəridə yağlılığın artması , bununla bağlı sızanaqların yaranması normal haldır. Adətən qalın dərili burunlarda rinoplastikadan sonra bu tip problemlər daha çox müşahidə olunur. Bunlar zamanla keçib gedir ancaq problem daha qabarıq olarsa həkiminizlə məsləhət edib hər hansı qabaqlayici tədbir görməkdə fayda var. Qapalı atravmatik rinoplastika zamanı biz dərini maksimal qoruduğumuzdan və bu səbəbdən rinoplastika əməliyyatımızdan sonra gips , silikon qoymuruq . Bu pasientlərimizdə əməliyyat sonrası yağlanma kimi problemlər çox çox az rast gəlirik. Bundan başqa əksər rinoplastika əməliyyatəndan sonra burun qanadlarını incəlmək üçün kəsik aparılır. Əməliyyatın sonrakı 4-6 ayı ərzində orqanizmdən asılı olaraq kəsik yeri bilinir ola bilər. Təxminən 1 il ərzində bu kəsik yerləri solaraq görünməz hala gəlir və bu kəsiklər büküş xəttinə düşdüyündən sonralar diqqətdə baxdıqda belə hiss olunmayacaq bir formada olur. Açıq rinoplastikada isə kəsik burun ucunda apaıldığından bu izlər görünür qala bilər . Bu haqqda pasienti rinoplastika əməliyyatından öncə məlumatlandırmaq lazımdır.